Bakıda içməli su xəttində qəza - Əraziyə texnika cəlb edildi
Yasamal rayonunda içməli su xəttində qəza baş verib.
Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən məlumat verilib.
Bildirilib ki, H.Zərdabi küçəsi 69 ünvanında diametri 200 mm olan içməli su xəttində qəza qeydə alınıb.
Məsələ ilə bağlı məlumat daxil olan kimi əraziyə dərhal briqada və texnika cəlb olunub.
Su axıntısının qarşısı alınıb. Hazırda xəttin təmiri və bərpası istiqamətində müvafiq işlər görülür.