Mojo.az Banner
13:54 Azərbaycanın axtarışa verdiyi şəxs tapıldı: Bakıya gətirildi  |     13:53 İstanbula uçan təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi  |     13:27 Ağstafada müəllimlər arasında dava: Xəsarət alan var - Araşdırma başladı (Yenilənib)  |     13:12 Azərbaycanda yeni agentlik fəaliyyətə başlayıb  |     12:56 "Baykar"ın yeni PUA-sının ilk ixracı Azərbaycana edildi  |     12:52 İşçilərin nəzərinə: Ezamiyyə qaydaları dəyişdi  |     12:15 Azərbaycan nefti bahalaşdı - Son qiymət  |     12:11 Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək - Yenilik  |     12:10 Azad olunmuş ərazilərdə ilk dəfə genişmiqyaslı birgə hərbi təlim keçirilir  |     12:07 Gecə saatlarında iki ölkədə güclü zəlzələ  |     11:46 Qonşusunun həyətinə girdi, sifətindən bıçaqlandı  |     11:44 Sükan arxasında ailə mübahisəsi ölümcül ola bilər  |     11:33 Həyət evinin qarşısında bunu edənlərin diqqətinə – 12 min manat cərimə oluna bilərsiniz  |     11:28 Astroloqdan xəbərdarlıq: Bu ay plastik əməliyyatlardan uzaq durun  |     11:26 Pakistanda azərbaycanlı qızı təcavüzkarlara satan qadın saxlanıldı  |     11:24 İran rialının ucuzlaşması Azərbaycanda malları ucuzlaşdıracaq? Ekspertdən AÇIQLAMA  |     11:21 "TikTok" Azərbaycanda vergi uçotuna alındı  |     23:01 Robotla Bakının mərkəzində gəzdi - Video  |     22:55 Arıqlama dərmanı xərçəng riskini artırır? - Alimlərdən açıqlama  |     22:48 Putini qoruyan 4 nəfər kimdir?  |    
Mojo.az Avto
Mojo.az Avto

Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA

29.09.2026 22:48 240
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Bakı metropolitenində sərnişin axınının tənzimlənməsi və şəhərin giriş istiqamətlərində nəqliyyat sıxlığının azaldılması məqsədilə "Avtovağzal" və "Xocəsən" stansiyalarına giriş müvəqqəti olaraq ödənişsiz edilib.

Median.Az
Baku.ws-ə istinadla xəbər verir ki, bu qərarın xüsusilə Sumqayıt, Xırdalan və Bakı-Şamaxı yolu istiqamətindən gələn sərnişinlərin şəhərin mərkəzinə daxil olmadan metrodan istifadəsinə şərait yaratması və "20 Yanvar" ərazisində sərnişin sıxlığının azaldılması məqsədi daşıdığı bildirilib.

İlkin açıqlamalara görə, stansiyalarda ödənişsiz girişin ən azı bir ay davam etdirilməsi nəzərdə tutulur və sonrakı müddət aparılacaq monitorinqlərin nəticələrindən asılı olacaq. Bununla əlaqədar sərnişinlər arasında ödənişsiz xidmətin konkret olaraq nə vaxta qədər davam edəcəyi, tətbiqin nəticələrinin necə qiymətləndiriləcəyi və eyni yanaşmanın gələcəkdə digər metro stansiyalarına da şamil olunub-olunmayacağı ilə bağlı suallar yaranıb.

Maraqlıdır ki, ödənişsiz keçid nə vaxta qədər davam edəcək? Daha hansı metro stansiyalarında oxşar vəziyyət tətbiq oluna bilər?

"Bakı Metropoliteni" QSC-dən bildirilib ki, hazırda "Avtovağzal" və "Xocəsən" stansiyalarında ödənişsiz keçidin hansı müddətədək davam edəcəyi ilə bağlı konkret tarix müəyyən edilməyib:

"Bununla bağlı qərar bu tədbirin həmin ərazidə sərnişin axınının bölüşdürülməsinə və nəqliyyat yükünün tarazlaşdırılmasına təsiri nəzərə alınmaqla veriləcək. Sərnişin axınının tənzimlənməsi və yerüstü nəqliyyatın hərəkətinin daha optimal tənzimlənməsi baxımından zərurət yaranarsa, müxtəlif həllərin digər stansiyalarda, avtobus marşrutlarında və ərazilərdə tətbiq edilməsi istisna olunmur".скачать dle 11.3
Mojo.az Banner