Mojo.az Banner
20:35 ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirdi  |     20:31 İran səfiri Gürcüstan XİN-ə çağırılıb  |     20:24 "Turan Tovuz" - "İmişli" oyununun yeri dəyişdirildi - Səbəb  |     20:13 Erkən evliliklə bağlı yeni qərar  |     20:04 Bakıda 20-dək bina söküləcək: Küçələrin adları və kompensasiya məbləğləri açıqlandı  |     19:58 Azərbaycanda qadın hərbçilərlə bağlı YENİ QƏRAR: Müddət kəskin azaldıldı  |     19:50 Toyuq filesi marketlərdə niyə YOXA ÇIXIB?  |     19:29 Kamran Əliyev Rusiyada bir sıra görüşlər keçirdi - MÜHÜM RAZILAŞMA  |     19:12 Sabah bir sıra rayonlarda QAZ OLMAYACAQ  |     19:11 Zal Yusifovun oğlu yenidən MƏHKƏMƏ QARŞISINDA: Kimin ifadələri dinlənildi?  |     18:51 Azərbaycanın yeni hərbi robotları nümayiş etdirildi  |     18:38 Azərbaycanda hava KƏSKİN DƏYİŞƏCƏK: Yağış, dolu, qar və sel gözlənilir - XƏBƏRDARLIQ  |     18:05 Həkimi döydü, xadimənin sümüyünü sındırdı  |     17:50 Deputatların pensiyaları ilə bağlı YENİ QAYDA  |     17:29 Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO  |     17:24 İldə 20 min manatdan çox pul köçürə bilməyəcəksiniz - YENİ QƏRAR (Yenilənib)  |     17:20 Bakıda elektron qəlyana görə adam öldürməyə cəhd edən yeniyetməyə HÖKM OXUNDU  |     17:18 Qonşular dörd uşaq anasının qətlindən danışdılar: "Xoşbəxt görünürdülər, daxildə nə olub, bilmirik" - VİDEO  |     17:13 Azərbaycanda terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə ilə bağlı YENİ LAYİHƏ  |     17:12 Qanunda dəyişiklik: Satınalma müqavilələri elektron formada rəsmiləşdiriləcək  |    
Mojo.az Avto
Mojo.az Avto

Prezident: "Yerli istehsal olan müdafiə təyinatlı məhsullar beynəlxalq bazarlarda xüsusi maraqla qarşılanır"

30.09.2026 11:45 144
Prezident:
"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir".

Median.Az
AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin iştirakçılarına müraciətində yer alıb.

Müraciətdə, həmçinin qeyd edilib: "Həyata keçirilən ardıcıl tədbirlər nəticəsində böyük inkişaf yolu keçən ölkəmizin müdafiə sənayesi bu gün keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş və istehsal imkanlarını əhəmiyyətli dərəcədə genişləndirmişdir. Yerli müəssisələrdə istehsal olunan müdafiə təyinatlı məhsullar Silahlı Qüvvələrimizin təchizatında mühüm yer tutmaqla yanaşı, beynəlxalq bazarlarda da rəqabət qabiliyyəti ilə seçilərək müxtəlif ölkələrin aidiyyəti qurumları tərəfindən xüsusi maraqla qarşılanır. Azərbaycanın müdafiə sənayesi sahəsində əldə etdiyi nailiyyətlər ölkəmizin hərbi-texniki potensialının güclənməsinə, dost və tərəfdaş dövlətlərlə əməkdaşlığın dərinləşməsinə xidmət edir".скачать dle 11.3
Mojo.az Banner