Mojo.az Banner
17:29 Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO  |     17:24 İldə 20 min manatdan çox pul köçürə bilməyəcəksiniz - YENİ QƏRAR (Yenilənib)  |     17:20 Bakıda elektron qəlyana görə adam öldürməyə cəhd edən yeniyetməyə HÖKM OXUNDU  |     17:18 Qonşular dörd uşaq anasının qətlindən danışdılar: "Xoşbəxt görünürdülər, daxildə nə olub, bilmirik" - VİDEO  |     17:13 Azərbaycanda terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə ilə bağlı YENİ LAYİHƏ  |     17:12 Qanunda dəyişiklik: Satınalma müqavilələri elektron formada rəsmiləşdiriləcək  |     17:08 Nəvəsinin sevgilisini bıçaqlayan 78 yaşlı kişi: "İki bıçaq qırıldı, üçüncünü götürdüm"  |     17:00 Dilan Polat yenə saxlanıldı  |     16:03 Günəşdə güclü partlayışlar: Maqnit qasırğası gözlənilir  |     14:57 Elman Rüstəmov məşhur restoranını SATDI  |     14:55 Azərbaycanın bu ölkə ilə viza rejimi ləğv edilir  |     14:53 Onlar vergidən 20 il azad edildilər  |     14:52 Rusiyada məşhur repçi Ciqana qarşı araşdırma başlanıldı  |     14:51 Vətəndaşların NƏZƏRİNƏ: Bu şəxslərə işgüzar səfər vizası veriləcək  |     14:46 Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır  |     14:45 Azərbaycanda məktəblinin meyiti tapıldı  |     14:40 Qaçırıldığı deyilən "Flydubai" təyyarəsində əslində nə baş verib?  |     14:36 Aİ-92 və dizelin qiyməti artacaq?  |     14:31 Yas mərasimləri neçə saat davam etməlidir?– AÇIQLAMA  |     14:27 Lahorda azərbaycanlı qadının zorakılığa məruz qalması ilə bağlı AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıya 4 milyon manatlıq brilyantla gəldi - FOTO

29.09.2026 16:23 168
Bakıya 4 milyon manatlıq brilyantla gəldi - FOTO
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən gömrük nəzarətindən gizlədilən külli miqdarda brilyant qaşların ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.

Bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

Şarja-Bakı aviareysi ilə ölkəyə gələn Qazaxıstan vətəndaşı "Yaşıl Kanal" buraxılış sistemindən keçməklə gömrük nəzarəti zonasını tərk etmək istəyib.

Vətəndaşın davranışları şübhə doğurduğu üçün gömrük əməkdaşları tərəfindən sərnişin "Qırmızı Kanal"a yönləndirilib və gömrük nəzarəti formaları tətbiq olunub.

Gömrük nəzarəti formalarının tətbiqi zamanı şəxsin üzərindən gömrük orqanına bəyan edilməyən və gömrük nəzarətindən gizlədilən 2 502.524 karat brilyant qaşlar aşkar edilib.

Aşkar edilmiş brilyant qaşların dəyəri 4 milyon manatdan artıq qiymətləndirilib.

Faktla bağlı araşdırma aparılır.
скачать dle 11.3
Mojo.az Banner