Mojo.az Banner
17:22 KMBİ-dən əməliyyat: 5 milyonluq onlayn kazino şəbəkəsinin üzvləri saxlanıldılar - Video  |     17:12 Azərbaycanda güclü zəlzələ oldu - Foto  |     13:54 Azərbaycanın axtarışa verdiyi şəxs tapıldı: Bakıya gətirildi  |     13:53 İstanbula uçan təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi  |     13:27 Ağstafada müəllimlər arasında dava: Xəsarət alan var - Araşdırma başladı (Yenilənib)  |     13:12 Azərbaycanda yeni agentlik fəaliyyətə başlayıb  |     12:56 "Baykar"ın yeni PUA-sının ilk ixracı Azərbaycana edildi  |     12:52 İşçilərin nəzərinə: Ezamiyyə qaydaları dəyişdi  |     12:15 Azərbaycan nefti bahalaşdı - Son qiymət  |     12:11 Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək - Yenilik  |     12:10 Azad olunmuş ərazilərdə ilk dəfə genişmiqyaslı birgə hərbi təlim keçirilir  |     12:07 Gecə saatlarında iki ölkədə güclü zəlzələ  |     11:46 Qonşusunun həyətinə girdi, sifətindən bıçaqlandı  |     11:44 Sükan arxasında ailə mübahisəsi ölümcül ola bilər  |     11:33 Həyət evinin qarşısında bunu edənlərin diqqətinə – 12 min manat cərimə oluna bilərsiniz  |     11:28 Astroloqdan xəbərdarlıq: Bu ay plastik əməliyyatlardan uzaq durun  |     11:26 Pakistanda azərbaycanlı qızı təcavüzkarlara satan qadın saxlanıldı  |     11:24 İran rialının ucuzlaşması Azərbaycanda malları ucuzlaşdıracaq? Ekspertdən AÇIQLAMA  |     11:21 "TikTok" Azərbaycanda vergi uçotuna alındı  |     23:01 Robotla Bakının mərkəzində gəzdi - Video  |    
Mojo.az Avto
Mojo.az Avto

Döyüb qabırğalarını qırdığı keçmiş arvadı kişini BAĞIŞLADI

29.09.2026 17:17 150
Döyüb qabırğalarını qırdığı keçmiş arvadı kişini BAĞIŞLADI
Lənkəranda sahibkar həyat yoldaşını xüsusi amansızlıqla döyüb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Boladi kəndində baş verib. Kənd sakini, sahibkar-fermer Anar Məhərrəmov 1994-cü ildə ailə həyatı qurub və onun bu nikahdan 5 övladı dünyaya gəlib.

Bir müddət əvvəl Anar həyat yoldaşı ilə rəsmi boşansalar da, bir evdə yaşamaq qərarına gəliblər.

Kənd təsərrüfatı və heyvandarlıqla məşğul olan Anar ayrı yaşadıqları dövrdə fermadan evinə gəlib və sabiq həyat yoldaşında smartfon telefon görüb. O, telefonu hardan aldığını soruşanda məlum olub ki, cihaz onların övladlarına məxsusdur. Anarla keçmiş həyat yoldaşı arasında buna görə mübahisə düşüb və bu zamanı kişi qadını xüsusi amansızlıqla döyüb. O, qadını saçından tutaraq başını divara çırpıb və yerə yıxıb, daha sonra isə ona ağır təpik zərbələri endirib.

Ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilən qadının müayinəsi zamanı məlum olub ki, zərbələrdən onun 3 qabırğası qırılıb, baş və bədəninin digər nahiyələri zədələnib.

Hadisə barədə polisə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Anar Məhərrəmov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib. Məhkəmə istintaqı zamanı tərəflər arasında barışıq elan olunduğundan cinayət işinə xitam verilib.скачать dle 11.3
Mojo.az Banner