Mojo.az Banner
18:30 Bakının məşhur memarlıq obyektləri Çin bayrağının rənglərinə bürünəcək  |     18:22 Yol polisindən sürücülərə - XƏBƏRDARLIQ  |     18:13 Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ  |     18:11 Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - Rəsmi açıqlama  |     17:59 Azərbaycan hərbçisi Ermənistanda saxlanılıb  |     17:22 KMBİ-dən əməliyyat: 5 milyonluq onlayn kazino şəbəkəsinin üzvləri saxlanıldılar - Video  |     17:12 Azərbaycanda güclü zəlzələ oldu - Foto  |     13:54 Azərbaycanın axtarışa verdiyi şəxs tapıldı: Bakıya gətirildi  |     13:53 İstanbula uçan təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi  |     13:27 Ağstafada müəllimlər arasında dava: Xəsarət alan var - Araşdırma başladı (Yenilənib)  |     13:12 Azərbaycanda yeni agentlik fəaliyyətə başlayıb  |     12:56 "Baykar"ın yeni PUA-sının ilk ixracı Azərbaycana edildi  |     12:52 İşçilərin nəzərinə: Ezamiyyə qaydaları dəyişdi  |     12:15 Azərbaycan nefti bahalaşdı - Son qiymət  |     12:11 Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək - Yenilik  |     12:10 Azad olunmuş ərazilərdə ilk dəfə genişmiqyaslı birgə hərbi təlim keçirilir  |     12:07 Gecə saatlarında iki ölkədə güclü zəlzələ  |     11:46 Qonşusunun həyətinə girdi, sifətindən bıçaqlandı  |     11:44 Sükan arxasında ailə mübahisəsi ölümcül ola bilər  |     11:33 Həyət evinin qarşısında bunu edənlərin diqqətinə – 12 min manat cərimə oluna bilərsiniz  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda ləğv prosesində olan 7 bankla bağlı YENİ QƏRAR

29.09.2026 15:09 153
Azərbaycanda ləğv prosesində olan 7 bankla bağlı YENİ QƏRAR
Oktyabrın 7-də "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan "Deka Bank", "Dəmir Bank", "Yunayted Kredit Bank" və "AGBank", oktyabrın 14-də isə "AGBank", "Gəncə Bank", "Bank of Azerbaijan" və "Muğan Bank" ASC-lərin daşınmaz əmlaklarının satışı üzrə hərraclar keçiriləcək.

Bu barədə bankların ləğvedicisi - Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb.

Söhbət "Deka Bank"a məxsus Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 533-cü məhəllə, ev 99C ünvanındakı dəyəri 541 min manat və 560 min manat olan 185.1 kv. metrlik və 191.6 kv. metrlik mənzillərdən, "Dəmir Bank"a məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev 3346 və 3346Q/1 ünvanındakı dəyəri 178.5 min manat olan 275.08 kv. metrlik bağ evindən, "Yunayted Kredit Bank"a məxsus İmişli şəhəri, Q.İsmayılzadə küçəsi, 37 ünvanındakı dəyəri 200 min manat olan 1 244.7 kv. metrlik əmlak kompleksindən, eləcə də eyni küçədə banka məxsus dəyəri 170 min manat olan 86.9 kv. metrlik qeyri-yaşayış sahəsindən, "AGBank"a məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Neftçi küçəsi, ev 8 ünvanındakı dəyəri 115 min manat olan 334.5 kv. metrlik mənzildən, "AGBank"a məxsus Göyçay şəhəri, Heydər Əliyev prospekti, 207C ünvanındakı dəyəri 1.3 milyon manat olan 10 650.9 kv. metrlik əmlak kompleksindən, "Gəncə Bank"a məxsus Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti, 260 ünvanındakı dəyəri 2 milyon manat olan 815.8 kv. metrlik qeyri-yaşayış binasından, "Bank of Azerbaijan"a məxsus Ucar rayonu, Qarabörk kəndindəki dəyəri 105 min manat olan 148.5 kv. metrlik qeyri-yaşayış binasından, "Muğan Bank"a məxsus Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsi, ev 12 ünvanındakı dəyəri 80 min manat olan 25.1 kv. metrlik mənzildən gedir.скачать dle 11.3
Mojo.az Banner