Mojo.az Banner
18:40 Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?  |     18:30 Bakıda vətəndaşları aldadaraq pullarını ələ keçirən şəxs tutuldu  |     18:29 "Fənərbağça" və "Turan Tovuz"un nümayəndələri Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət ediblər  |     18:28 Bakı metrosunda halı pisləşən kişi öldü  |     18:26 Polisdən Bakı və Gəncədə əməliyyat: Xaricdən idarə olunan şəbəkə ifşa edildi - Video  |     18:25 Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri həbs edildi  |     18:22 Bir neçə yolda sürət həddi endirildi  |     18:20 Toya getmək üçün qonşusunun evini qarət etdi, pul yazdıranda ifşa olundu  |     18:18 Bakıda bu avtomobil yolu birdəfəlik bağlanır - Tarix açıqlandı  |     18:16 Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var  |     18:14 Manatın məzənnəsi xarici valyutaları üstələdi  |     16:12 Sürücülərin nəzərinə: 40 manat cərimə oluna bilərsiniz  |     16:10 İnfarkt keçirən kişi yanaraq öldü - Təfərrüat (Yenilənib)  |     15:59 Tovuzda üzərinə benzin tökülərək yandırılan qadın öldü: Oğlu saxlanıldı (Yenilənib)  |     15:53 Xırdalanda sərnişin avtobusu yolda yaranan çuxura düşdü - Video  |     15:51 Oman sahillərində neft tankeri hücuma məruz qaldı  |     13:51 Bu gün "Turan Tovuz" İstanbul nəhəngi ilə qarşılaşacaq  |     13:48 İlkin Namazov vəzifəsindən azad edildi  |     13:38 Zabratda küçələri su basdı: Hərəkət çətinləşdi - Video  |     13:37 Azərbaycan nefti ucuzlaşıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Şah İsmayıl heykəlinə rusca cümləni kim yazıb? - RƏSMİ

29.09.2026 17:17 240
Şah İsmayıl heykəlinə rusca cümləni kim yazıb? - RƏSMİ
Bakı şəhərində Yusif Səfərov küçəsində yerləşən Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətainin heykəlinin üzərindəki yazı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Median.Az
xəbər verir ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən Teleqraf-ın sorğusuna cavab olaraq Bakı şəhəri, Xətai rayonunda yerləşən Şah İsmayıl Xətainin heykəli 1993-cü ildə ucaldıldığı bildirilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə ölkə əhəmiyyətli monumental və xatirə abidəsi kimi dövlət mühafizəsinə götürülüb.

"Dövlət mühafizəsində olan abidələrin üzərində onların tarixi, bədii və memarlıq xüsusiyyətlərinə aid olmayan hər hansı əlavə yazı, element və ya müdaxilənin edilməsi yolverilməzdir. Belə müdaxilələr abidənin bədii-estetik görünüşünə xələl gətirməklə yanaşı, onun mahiyyətinin, tarixi və mədəni əhəmiyyətinin təhrif olunmasına səbəb olur.

Heykəlin postamentinin üzərindəki lövhədə yer alan sözügedən yazının əlavə edilməsi məsələsi Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən araşdırılır.

Eyni zamanda, məsələ müvafiq yerli icra hakimiyyəti orqanları ilə birgə, həmçinin Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təsviri və dekorativ-tətbiqi sənət əsərləri üzrə Ekspert Komissiyası çərçivəsində ətraflı şəkildə nəzərdən keçiriləcək. Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək" - açıqlamada deyilir.

Qeyd edək ki, Şah İsmayıl Xətainin heykəlinin aşağı hissəsində "Şah İsmayıl Xətai" yazısının altında rus dilində "Посвящается внуку Исмаилу Атакушеву – Ибрагим Зейналов”(Nəvəm İsmayıl Atakişiyevə həsr olunur - İbrahim Zeynalov) ifadəsi həkk edilib.

Xatırladaq ki, Şah İsmayıl Xətainin heykəli 1993-cü ildə ucaldılıb. Abidənin müəllifləri heykəltəraşlar İbrahim Zeynalov və Zakir Mehdiyev, memarları isə P. Hüseynov və Q. Əliyevdir. 2007-ci ildə abidənin postamenti yenidən qurulub və heykəl bərpa edilib.

2020-ci ildə isə abidə Yusif Səfərov küçəsində, Leyla Şıxlinskaya klinikası ilə Mərkəzi Neftçilər Xəstəxanası arasındakı əraziyə köçürülüb.

Maraqlıdır ki, heykəlin nə 1993-cü ildəki ilkin variantında, nə də 2020-ci ildə yeni ünvana köçürülən zaman postamentdə ithafla bağlı qeydə rast gəlinmir. Bunları həmin dövrün foto-şəkillərindən də görmək olur.скачать dle 11.3
Mojo.az Banner