Mojo.az Banner
23:01 Şamaxıda gecəyarısı vətəndaşın obyektini sökən şirkət kimindir? (VİDEO)  |     22:57 Zirzəmidə yıxılıb çarəsiz qalan şəxs xilas olundu (VİDEO)  |     22:51 Azərbaycanda uzunömürlülərin sayı - MARAQLI STATİSTİKA  |     22:45 Ceyhun Bayramovla Marko Rubio arasında telefon danışığı aparıldı  |     22:40 Türkiyədə iki futbol hakimi həbs olundu  |     22:31 Ucarda şagirdin məktəbdən kənarlaşdırılması narazılıq yaradıb - VİDEO  |     22:26 Xalq artisti xəstəxanadan evə buraxıldı  |     22:20 Saturn Yerə ən yaxın mövqeyindədir: Bu gecə onu necə görmək olar?  |     22:12 Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü  |     22:08 Zəngəzurda saxlanılan azərbaycanlı hərbçi İrəvanda xəstəxanaya yerləşdirildi  |     21:51 Bakıda torpağın qiyməti kəskin artdı - Ən çox bu rayonda bahalaşıb  |     21:50 "Azəriqaz"ın adından 10 min manatlıq dələduzluq  |     21:46 Azərbaycanda uşaqların gözü qarşısında qadını bağçanın həyətində vəhşicəsinə bıçaqladılar - Hadisə baş verən ərazidən görüntülər  |     21:44 Məşhur türk aktrisası vəfat etdi  |     21:37 Avtomobil sürmək üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? (VİDEO)  |     21:34 Məşhur biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində yeni adlar  |     21:19 Tünd çörək həmişə çovdar çörəyi deyil: Seçim zamanı səhvə yol verməyin  |     21:18 ANS-in keçmiş işçisi bu televiziyaya direktor təyin olundu  |     21:08 "Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi  |     21:07 Bakıda məktəbli sinif yoldaşını qətlə yetirdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Hakerlər Pentaqonun üç milyon əməkdaşının məlumatlarını ƏLƏ KEÇİRİB

29.09.2026 12:51 237
Hakerlər Pentaqonun üç milyon əməkdaşının məlumatlarını ƏLƏ KEÇİRİB
ABŞ-nin Müdafiə Nazirliyinin məlumat bazasına edilən haker hücumu nəticəsində Pentaqonun 3 milyondan çox əməkdaşının məxfi məlumatları kibercinayətkarların əlinə keçib.

Bu barədə "ABC News" telekanalı qurumdakı mənbəyə istinadən informasiya yayıb.

Məlumat sızması 2.76 milyon sağ olan və 294 min vəfat etmiş şəxsə aid materialları əhatə edib. Oğurlanmış məlumatlar arasında sosial sığorta nömrələri və vəzifə barədə detallar da yer alır.

Pentaqonun açıqlamasına əsasən, sistemə qanunsuz müdaxilə 2025-ci ilin oktyabrından 2026-cı ilin iyulunadək olan dövrdə baş verib.

Nazirlikdən xüsusi olaraq qeyd edilib ki, ələ keçirilmiş məlumatların qeyri-qanuni məqsədlər üçün istifadə olunduğuna dair hələlik heç bir sübut yoxdur. Ümumilikdə isə Pentaqonun arxivində əməkdaşlara aid 60 milyondan çox şəxsi iş saxlanılır.

Bundan əlavə, bir müddət əvvəl "Shiny Hunters" haker qruplaşması Federal Təhqiqatlar Bürosunun (FTB) hazırkı və sabiq əməkdaşlarının fərdi məlumatlarını oğurladığını iddia etmişdi. Sızdırılan detallar arasında sosial sığorta nömrələri, yaşayış ünvanları və əlaqə vasitələri mövcuddur.

Məlumata görə, bu kiberhücuma Çin və Rusiya istiqamətlərində fəaliyyət göstərən məxfi bölmələrin işçiləri də məruz qalıb.

Bu səbəbdən FTB öz işçilərini yarana biləcək potensial təhlükələr barədə xəbərdar edərək, onları ehtiyatlı olmağa və şübhəli telefon zənglərinə cavab verməməyə çağırıb.скачать dle 11.3
Mojo.az Banner