Mojo.az — elanlar
Son Xəbərlər
15:35 Qalmaqallı generalın polkovnik dostuna qarşı 200 minlik ittiham - TTM-də mütəşəkkil korrupsiya  |     15:18 Hindistanla əməkdaşlıq yeni mərhələyə keçir: Azərbaycan nə qazanacaq?  |     15:14 Bakıda 3-cü yerüstü stansiyanın istifadəyə veriləcəyi tarix məlum oldu  |     15:09 Musiqi dinləməsi 13 yaşlı velosipedçinin həyatına son qoydu - Təfərrüat  |     15:08 Nəqliyyat və rabitə xərcləri təxminən üç dəfə artırılır  |     14:20 Maşınınızı satmağa tələsməyin! Azərbaycanda avtomobillərlə bağlı nə baş verəcək?  |     14:10 İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib  |     14:07 Azərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək  |     14:05 Peyvənddən qorxanlara həkim XƏBƏRDARLIQ ETDİ  |     13:58 Azərbaycanda gömrük rüsumlarından daxilolmalar 49 milyon manat artacaq  |     13:51 Özəl liseylərdə təhsil haqqı niyə 50 min manata çatır? – AÇIQLAMA  |     13:35 Terrorun maliyyələşdirilməsinə qarşı mübarizə gücləndirilir  |     13:05 Korrupsiyaya görə tutulmuş vəzifəli şəxslər bir həftəyə azadlığa çıxırlar  |     13:00 Müdafiə büdcəsində dəyişiklik: Hərbi qüvvələrə ayrılan vəsait artır, xüsusi layihələrə xərclər azalır  |     12:54 Azərbaycan nefti bahalaşıb  |     12:53 Metroda "qırmızı xətt" üzrə qatarlar əvvəlki qaydada hərəkət edəcək  |     12:48 Azərbaycanda təhsilə ayrılan vəsait 5.1 milyard manata çatdırılır  |     12:43 Azərbaycanın dövlət büdcəsində kəsir artacaq  |     12:41 Xarici yardımlara ayrılan vəsaitin miqdarı xeyli artırılır  |     12:38 Koçaryanın oğlunun həbs müddəti daha iki ay uzadıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Rusiyada həbsdə olan vəkil Elman Paşayev pensiyasının bərpası üçün iddia qaldırıb

05.09.2026 19:35 321
Rusiyada həbsdə olan vəkil Elman Paşayev pensiyasının bərpası üçün iddia qaldırıb
Hazırda Rusiyada istintaq təcridxanasında saxlanılan vəkil Elman Paşayev pensiya uğrunda məhkəmə çəkişməsi aparır.

Bu barədə məlumatı "Mash" "Telegram" kanalı yayıb.

Qeyd olunur ki, E.Paşayev Sosial Fonda qarşı iddianı birbaşa həbsxanadan irəli sürüb. Lakin onun ilk cəhdi uğursuz olub.

E.Paşayevə pensiya ödənişlərinin hesablanması dayandırılıb, o, iyul ayında Moskvanın Meşşansk rayon məhkəməsinə müraciət edib, lakin ərizə geri qaytarılıb. İddia nümayəndə tərəfindən imzalanıb, amma sənədlərdə ona verilmiş etibarnamə olmayıb. Məhkəmə pozuntu aradan qaldırıldıqdan E.Paşayevə yenidən müraciət etməyə icazə verib.

Avqust ayında E.Paşayev ikinci dəfə müraciət edib və yeni iddia artıq qeydiyyata alınıb.

Qeyd edək ki, o, bundan əvvəl də barmaqlıqlar arxasından maliyyə məsələlərini həll etməyə çalışıb. Paşayev daha əvvəl təxminən beş milyon rubl dəyərində olan "Range Rover"ini məhkəmə yolu ilə geri almağa cəhd edib - məhkəmə icraçıları avtomobili 36.5 milyon rubl borca görə əlindən alıblar.

Vəkilin özü hazırda dələduzluq işi üzrə həbsdədir. İstintaqın versiyasına görə, o, Aleksey Blinovskidən ona və Yelena Blinovskayaya cinayət məsuliyyətindən yayınmağa kömək edəcəyi vədi müqabilində 20.1 milyon rubl və 300 min dollar alıb.

Son xəbərlər