Mojo.az Banner
18:38 Azərbaycanda bu məşhur veriliş yenidən başlayır  |     18:25 Qohumlarının aldığı arvaddan imtina etdi, məhkəməlik oldu - Azərbaycanda QƏRİBƏ HADİSƏ  |     18:23 Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur?  |     18:10 “Toyota”nın keçmiş direktoru vəfat etdi  |     17:59 İstanbuldan Bakıya gələn çamadanda bəyan edilməyən 17 telefon aşkarlanıb  |     17:51 Gürcüstan iki önəmli şəxsi Türkiyəyə təhvil verdi  |     17:50 İrandan Azərbaycana narkotik keçirməyə cəhd edən şəxs saxlanıldı  |     17:29 Ermənistandan Azərbaycana hansı məhsullar gətirilə bilər? – AÇIQLAMA  |     17:05 Rusiya Silahlı Qüvvələri Ukraynada yaşayış məntəqəsini nəzarətə götürdü  |     16:50 Azərbaycanlı iş adamının sifarişli qətli ilə bağlı bir nəfər ölkəmizə ekstradisiya edildi  |     16:40 Sabah ölkənin dörd rayonunun bəzi ərazilərində qaz olmayacaq  |     16:13 Maşın almaq istəyənlərin NƏZƏRİNƏ: Bu xərcləri mütləq hesablayın!  |     16:08 2027-ci il "Avroviziya" Mahnı Müsabiqəsinin keçiriləcəyi şəhər məlum oldu  |     16:07 Bəzi rayonlarda şimal-qərb küləyi gözlənilir - XƏBƏRDARLIQ  |     15:25 FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət etdi  |     15:22 Rusiya və Ukrayna arasında meyitlərin mübadiləsi baş tutub  |     15:19 Taksi istifadəçilərini yeni qaydalar gözləyir – Qiymətlər bahalaşacaq  |     15:15 Kirayə evlər bahalaşır – Tələbələr üçün son qiymətlər  |     15:02 Ali Məhkəmədən Ramiz Mehdiyevin kürəkəni haqda QƏRAR  |     14:52 Cəlilabadın 35 kəndində işıqlar kəsilib  |    
Left Banner
Right Banner

Həbsdə olan Elman Paşayevin 36 milyonluq maşını hərraca çıxarıldı - FOTO

13.08.2026 13:33 108
Həbsdə olan Elman Paşayevin 36 milyonluq maşını hərraca çıxarıldı - FOTO
Dələduzluq işi üzrə hazırda həbsdə olan azərbaycanlı keçmiş vəkil Elman Paşayev “Range Rover” markalı avtomobilinin üzərinə qoyulmuş həbsin ləğvinə nail olmağa çalışıb.

"Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki, əmlak 2024-cü ilin sentyabrında borcun tutulması çərçivəsində məhkəmə icraçıları tərəfindən müsadirə edilərək xüsusi mühafizə olunan dayanacağa yerləşdirilib. Məlumata görə, borcun ümumi məbləği 36,5 milyon rubldan (748 489 AZN) çoxdur.

Maliyyə iddialarının kökü 2012-ci ilə gedib çıxır. Həmin vaxt Paşayevin müştərisi Nikolay Deryabin hüquqi xidmət göstərilməsi üçün ona pul köçürüb. Lakin iş materiallarına əsasən, vəkil fəaliyyətə başlamayıb və sonradan üzərinə götürdüyü öhdəliklərdən imtina edib. Pulun bir hissəsi geri qaytarılıb, qalan məbləğ isə faiz və cərimə pulu ilə birlikdə 2022-ci ildə Moskva Şəhər Məhkəməsinin qərarı ilə tutulub.

Paşayev şikayətində avtomobilə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasına çalışaraq Rusiya Müdafiə Nazirliyi ilə qüvvədə olan müqaviləsinin olduğunu və SVO-da (Rusiyanın Ukraynaya qarşı müharibəsini nəzərdə tutan “xüsusi hərbi əməliyyat”) iştirakı ilə əlaqədar icra icraatının dayandırıldığını əsas gətirib. Lakin məhkəmə bu arqumentləri inandırıcı hesab etməyib.

Nəticədə məhkəmə keçmiş vəkilin tələbini rədd edib və bahalı yolsuzluq avtomobili artıq açıq hərraca çıxarılıb.

Qeyd edək ki, Elman Paşayev 2024-cü ilin sentyabrında Moskvada saxlanılıb. Rusiya İstintaq Komitəsi Paşayevə qarşı Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü bəndi ilə (xüsusilə külli miqdarda dələduzluq) cinayət işi açıldığını, onun 300 min dollar (təxminən 510 min AZN) və 18,5 milyon rubl (təxminən 435 min AZN) qarşılığında bloqer Aleksey Blinovski və həyat yoldaşını cinayət təqibindən azad edəcəyinə söz verdiyini bildirib. O, sentyabrın 18-i Moskvada istintaq təcridxanasına göndərilib.
скачать dle 11.3
Mojo.az Banner