Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:40 İlham Əliyev İspaniya kralına başsağlığı verdi  |     17:27 Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA  |     17:14 Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi  |     17:11 Kredit götürənlər və əmanət sahibləri diqqət! Mərkəzi Bankın qərarı nəyi dəyişəcək?  |     17:07 Siyəzəndə ünvanlı sosial yardıma görə dava: Qayınata kürəkənini döydü  |     17:05 Deputat: Məktəblərdə tərbiyə məsələsi arxa planda qalıb  |     17:03 Ceyranbatanda məktəbdə 10 şagird zəhərləndi  |     16:49 "Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu  |     16:45 Məktəblilərin jurnalistlərə hücumu: Psixoloq problemin kökünə diqqət çəkdi  |     16:27 Bakıda idmançı məşq zamanı öldü  |     16:19 İlham Əliyev Bakıda finalçıları mükafatlandıracaq, Bayramov Azərbaycanı TDT sammitində təmsil edəcək  |     15:07 Rusiya ordusu Dneprdə elektrik qatarına zərbə endirdi - Ölənlər var  |     15:06 İspaniyada qatar faciəsində itkin düşən 60-dan çox insan tapılmır  |     14:55 Azərbaycana biri 757 manat olan 30 həşərat gətirilib  |     14:31 Milli Məclisin deputatları Atatürkün Bakıdakı abidəsini ziyarət ediblər - Foto  |     14:23 Azərbaycanın üç güləşçisi dünya çempionatında məğlub olub  |     13:53 Jurnalistləri döyən yeniyetmələri bu qədər həbs cəzası gözləyir – AÇIQLAMA  |     13:29 Ceyhun Bayramov Türkiyəyə səfər edib  |     13:24 Son hadisələrdən sonra məktəblərdə kişi müəllimlərin sayı artırılmalıdır – AÇIQLAMA  |     13:14 Bəzi sahələrə ƏDV tətbiq olunmayacaq  |    
Mojo.az Avto
Mojo.az Avto

Bu məhsullarda zərərli bakteriya aşkar edildi - AQTA-dan açıqlama

26.08.2026 20:00 318
Bu məhsullarda zərərli bakteriya aşkar edildi - AQTA-dan açıqlama
"Cari ilin ötən dövrü ərzində həyata keçirilmiş nəzarət tədbirləri zamanı “Ostankino” ət emalı müəssisəsindən idxal olunan ət məhsullarında, o cümlədə sosislərdə hər hansı uyğunsuzluq müəyyən edilməyib".

Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Hüsniyyə Həsənova bildirib.

Məlumata görə, ət və ət məhsullarının idxalına yalnız həmin məhsulların istehsal və emal edildiyi qida obyektləri təsdiq edilmiş müəssisələr olduğu təqdirdə icazə verilir:

“Bu məhsulların idxalına yalnız o halda icazə verilir ki, ixracatçı ölkənin səlahiyyətli orqanı həmin məhsulların baytarlıq sahəsində beynəlxalq normalara uyğun olduğunu təsdiq etsin və bu məhsullara baytarlıq sahəsində müvafiq beynəlxalq təşkilatın tövsiyə etdiyi nümunələrə uyğun tərtib edilmiş beynəlxalq baytarlıq sertifikatları təqdim etsin.

Məhsullar idxal olunduqdan sonra onlar üzərində sənəd, eynilik və fiziki nəzarət tədbirləri həyata keçirilir. Fiziki nəzarət zamanı məhsullar laboratoriya tədqiqatlarına (sınaqlarına), habelə sadə fiziki-kimyəvi analizlərə cəlb olunmaqla təhlükəsizlik göstəriciləri, o cümlədən salmonella, minimum keyfiyyət göstəriciləri və orqanoleptik xüsusiyyətlər baxımından yoxlanılır”.

Qeyd olunub ki, Agentlik əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin olunması istiqamətində ölkəyə idxal olunan və dövriyyədə olan məhsulları daim nəzarətdə saxlayır.

Xatırladaq ki, bir neçə gün öncə Rusiyanın Tver vilayətində "Papa mojet" sosislərində salmonella aşkar edilib. Sözügedən sosis məhsullarının ölkəmizdə də satışı həyata keçirilir.

Son xəbərlər