21:22 Göygöldə maskalı şəxslər fermadan 62 baş xırdabuynuzlu heyvan oğurlayıb  |     21:20 “Zəfər” şahmat turniri keçirildi - Fotolar  |     21:03 "Xanımıma o qədər əziyyət vermişəm ki..."  |     20:48 Bakıda “Molotov kokteyli” ilə terror hazırlayarkən tutulan İŞİD üzvünə - Hökm oxundu  |     20:20 Naxçıvanda yük maşını ilə minik avtomobili toqquşub, ölən var  |     20:13 Mehdiyev dövləti bu 50 nəfərlə "idarə edəcəkmiş" - ŞOK SİYAHI  |     20:07 Süni İntellekt üzrə Milli Mərkəz yaradırlar  |     19:50 Rəşad Dağlı əməliyyat olundu  |     19:46 Binadan yıxılıb ölən Kəmalənin - Fotosu  |     19:30 Səxavət Məmmədov kimdir? - Ölümünü yuxusunda görən sənətkar  |     19:17 Qəzadan sonra dediklərinə görə üzr istədi  |     18:55 Məşhur türkiyəli müğənni Güllünün sirli ölümü ilə bağlı müdirindən iddia: "Qızı anasını öldürdüyünü etiraf edib"  |     18:41 Aktrisa 100 yaşında vəfat etdi  |     18:27 Mirzoyan: "İrəvan və Bakı "3+3" formatında görüşün məkanını müzakirə edirlər"  |     18:20 Rüşvətxorluqda ittiham olunan azərbaycanəsilli iş adamı Yusif Xəlilov həbsdən azad edilib  |     18:11 Paytaxtda sıxlıq olan küçələrin SİYAHISI  |     17:57 QHT rəhbəri Nərgiz Muxtarovanın məhkəməsi başladı  |     17:41 Bu körpələr evinin işçilərinin əməkhaqları artırılıb  |     17:29 Bakının üç rayonunun qaz təchizatında fasilə yaranacaq  |     17:27 Ararat Mirzoyan: "Azərbaycan və Türkiyə Yerevana dəvət olunub"  |    

Azərbaycana gətirilən 24 ton yararsız ət geri qaytarılıb

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) jurnalistlər üçün Heydər Əliyev adına hava limanında yerləşən Bakı Karqo Terminalına infotur təşkil edib.

Median.Az xəbər verir ki, jurnalistlərin iştirakı ilə məhsullara gömrük ərazisinə daxil olduqdan sonra gömrük orqanı və AQTA əməkdaşları tərəfindən baxış keçirilib.

AQTA-nın sektor müdiri Samir Rüstəmli məlumat verib ki, cari ilin 9 ayı ərzində 24000 kq yararsız ət məhsulu ixracatçı ölkəyə geri qaytarılıb, 16 müraciətə (karantin tətbiq edilən orqanizmin aşkarlanması ilə bağlı) imtina verilib.

"Aşkar olunan karantin tətbiq edilən zərərli orqanizmin təhlükəliliyi nəzərə alınaraq 105572 kq məhsul məhv edilib, habelə 925.4 ton məhsul müxtəlif üsullarla (fumiqasiya, termik emal, ələnmə və s.) zərərsizləşdirilib. Nəticələr uyğun olduğu təqdirdə məhsullara qida təhlükəsizliyi sertifikatı verilir ki, həmin sənədlə sahibkarlar idxal etdikləri məhsulları ticarət dövriyyəsinə daxil edə bilirlər. Geri qaytarılan məhsullar qonşu ölkələrdən gələn məhsullardır. Bunlar da əsasən yay aylarında meyvə tərəvəzlər olub. Qeyd edək ki, bu ilin ilk 9 ayı ərzində 19997 qida təhlükəsizliyi sertifikatı verilib".

S.Rüstəmli qeyd edib ki, məhsulun daşıdığı risk səviyyəsinə uyğun olaraq müxtəlif nəzarət tədbirləri həyata keçirilir.

"Risk əsaslı yanaşmada 3 meyar əsas götürülür: məhsulun risk səviyyəsi, ixracatçı ölkənin qida təhlükəsizliyi sisteminin göstəriciləri və idxalçının uyğunluq tarixçəsi. Belə ki, ilk olaraq məhsulu müşayiət edən müvafiq sənədlər yoxlanılır. Sənədlər qaydasında olduğu təqdirdə məhsul partiyası identiklik və ya eynilik yoxlamasından keçirilir. Yəni sənədlərdə bəyan edilmiş məhsulla faktiki idxal olunmuş məhsulların eyniliyi yoxlanılır. Bundan sonra məhsulların risk səviyyəsinə uyğun olaraq tələblərə cavab verməsini yoxlamaq məqsədi ilə nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilir. Laboratoriyada məhsullar minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinə uyğun olaraq müayinə edilir, nəticələr normativ texniki sənədlərin tələblərinə cavab vermədiyi halda, məhsul geri qaytarılır, məhv edilir və ya utilizasiya olunur".//ölkə.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 116 29.10.19 20:00