Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Gürcüstandan gətirilən dondurulmuş toyuq məhsulları yararsız çıxdı

12.02.2021 19:14 1 365
Gürcüstandan gətirilən dondurulmuş toyuq məhsulları yararsız çıxdı
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.

Agentlikdən "Report"a verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində Gürcüstandan ölkəmizə idxal edilən “Chirina” LTD şirkətinin “Biu-Biu” əmtəə nişanlı 20 ton dondurulmuş toyuq əti məhsuluna Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib.

Baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Aparılan müayinələr nəticəsində bir neçə istehsal tarixiləri ilə daxil olan məhsul partiyalarında (12.10.2020 və 03.10.2020 istehsal tarixli, ümumi çəkisi 3.07 ton) salmonella patogen mikroorqanizmləri aşkarlanıb.

Qeyd edək ki, 2020-ci il ərzində Gürcüstandan ölkəmizə idxal edilən “Chirina” LTD şirkətinə məxsus müxtəlif çəkidə dondurulmuş toyuq məhsullarında da salmonella patogen mikroorqanizmləri aşkarlanmış və Agentlik tərəfindən məhsulların satışına qadağa tətbiq edilmiş, bununla bağlı Gürcüstanın Milli Qida Agentliyinə məlumat təqdim edilmişdir. Gürcüstanın Milli Qida Agentliyindən “Chirina” LTD şirkətinin rəsmi nəzarətə götürüldüyü, sağlamlaşdırıcı tədbirlərin görüldüyü barədə AQTA-ya zəmanət məktubu təqdim edilmiş və həmin məlumat əsasında yenidən sözügedən şirkətə məxsus dondurulmuş toyuq məhsullarının idxalına icazə verilmişdir. Lakin həyata keçirilən yoxlama-nəzarət tədbirləri zamanı növbəti dəfə Gürcüstan Respublikasından ölkəmizə idxal edilən “Chirina” LTD şirkətinə məxsus dondurulmuş toyuq məhsullarında salmonella patogen mikroorqanizmləri aşkar edilib.

Agentlik tərəfindən istehlaka yararsız məhsulların məhv edilməsi ilə bağlı müvafiq qərar qəbul edilib və hazırda qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülür.

AQTA bir daha sahibkarları diqqətli olmağa, ölkəyə qida məhsullarının idxalı zamanı idxal tələblərini nəzərə almağa və normativ hüquqi aktların tələblərinə uyğun məhsulların idxalını həyata keçirməyə çağırır.скачать dle 11.3
Mojo.az Banner