Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Belarusdan gətirilən bu məhsulun satışına icazə verilmədi

10.02.2021 21:50 1 071
Belarusdan gətirilən bu məhsulun satışına icazə verilmədi
Belarusdan idxal edilən dondurulmuş toyuq məhsullarında salmonella aşkarlanıb.

Qaynarinfo xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində Agentliyin müfəttişləri tərəfindən "Caspian Catering Supply” MMC tərəfindən Belarusdan ölkəmizə idxal edilən 19.99 ton dondurulmuş toyuq əti məhsuluna baxış keçirilib.

Baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək, Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində 15.12.2020-ci ildə istehsal edilən dondurulmuş toyuq məhsulları partiyasında (2.5 ton) salmonella aşkarlanıb.

Agentlik tərəfindən istehlak üçün yararsız məhsulların satış şəbəkəsinə daxil olunmasının qarşısı alınıb.

Son xəbərlər