Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:41 Siqaret təkcə ağciyər deyil, bir sıra digər orqanların da xərçənginə səbəb ola bilər | 22:34 Hövsan qəsəbəsində yolu keçmək piyadalar üçün təhlükəlidir (VİDEO) | 22:28 10 oğurluq, bir xuliqanlıq hadisəsi törətdi - Anlaqsız olduğu məlum oldu | 22:21 "Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi | 22:16 Ürək və beyin üçün ən faydalı çərəz | 22:07 Türkiyədə zəlzələ oldu | 22:02 Məşhur rejissorun ölümü ilə bağlı yarım əsr sonra cinayət işi açıldı | 21:54 Sabah Bakıda 23 dərəcə isti olacaq | 21:49 Azərbaycanda mənzillərin qiymətləri ucuzlaşacaq? - AÇIQLAMA | 21:43 Hakerlər 15 min dövlət işçisinin məlumatlarını ələ keçirdi - Sloveniyada | 21:35 Beyləqanda 27 yaşlı ustanı "tok" vurub öldürdü | 21:30 Bu yolayrıcında işıqfor quraşdırıldı | 21:26 Şəhid atası dünyasını dəyişdi | 21:17 Bu döyüş Makqreqor üçün son olacaq | 21:08 Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var | 20:55 Aqressiyanın kökündə uşaqlıqdan gələn sevgisizlik dayana bilər – MÜSAHİBƏ | 20:38 Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb, 10 nəfər saxlanılıb | 20:17 Müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq | 20:10 Prokurorluq orqanlarının veteranları təltif ediliblər | 20:08 Rusiyadan əcnəbilərin deportasiyasına səbəb olan inzibati xətaların sayı iki dəfə artırılır |
Mojo.az Avto
Mojo.az Avto

Braziliya ətinə qadağa: Azərbaycan hansı qərarı verəcək? - VİDEO

23.05.2026 16:30 396
Braziliya ətinə qadağa: Azərbaycan hansı qərarı verəcək? - VİDEO
Avropa İttifaqı Braziliyadan ət, xüsusilə də mal əti və ət məhsullarının idxalına qadağa tətbiq edib. Qərarın səbəbi həmin məhsulların sanitariya standartlarına cavab verməməsidir. Azərbaycan da Braziliyadan böyük həcmdə ət alır. Satıcıların sözlərinə görə, bu ölkədən alınan ətin digərlərindən əsas fərqi məhsulun daha keyfiyyətli olmasıdır.

Satıcı Abbas Vəliyev qeyd edib ki, can əti qiymətinə ətlər satırlar ki, kiloqramı 16 manatdır:

"Tələbat yüksək səviyyədədir, əsas alıcılar da kafe-restorandır. Satdığımız məhsulların hamısı AQTA-ın sağlamlıq aktı ilə tərtib edilir. Ay ərzində məhsul 3-4 dəfə gəlir".

Median.Az İctimai TV-yə istinadla bildirir ki, ekspertlər bu ilin ilk 4 ayı ərzində ət idxalında artım qeydə alındığını deyirlər. Belə ki, ölkəyə xaricdən təxminən 15-16 min ton ət gətirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təqribən 17-18 faiz çoxdur.

Bəs sözügedən Braziliya ətinin idxalı dayandırılarsa, qiymətlərdə hansı dəyişiklik ola bilər?

İqtisadçı Asif İbrahimovun sözlərinə görə, ölkədə iribuynuzlu heyvanların sayı və örüş yerləri azalıb:

"Belə olduğu halda daxili tələbatımızı təmin etmək üçün xarici bazara üz tuturuq. Biz oradan dondurulmuş ət, quş əti məhsulları idxal edirik. Təbii ki, bu, bazara təsirini göstərir. Amma bu da qiymətlərdə müəyyən artım ola biləcəyini göstərir. Qarşıdan da Qurban Bayramının gəldiyini nəzərə alaraq, 10 faizə yaxın artım ola bilər".

Məsələ ilə bağlı AQTA-dan bildirilir ki, Braziliya da daxil olmaqla xaricdən ət idxalına yalnız o halda icazə verilir ki, ixracatçı ölkənin səlahiyyətli orqanı həmin məhsulların beynəlxalq normalara uyğun olduğunu təsdiq etsin və bu məhsullara baytarlıq sertifikatları təqdim etsin. idxal prosesi zamanı məhsullar üzərində sənəd, eynilik və fiziki nəzarət tədbirləri aparılır, daha sonra laboratoriya sınaqlarına cəlb edilir. nəticəsi uyğun olan məhsulların satışına icazə verilir. Qurumdan o da bildirildi ki, bu il Braziliyadan idxal olunan ət məhsullarında antibiotik qalıqları ilə bağlı hər hansı uyğunsuzluq aşkarlanmayıb.

Son xəbərlər