Mojo.az — elanlar
Son Xəbərlər
15:49 Müğənni Jony nadir xəstəliyə tutulub  |     15:35 Qalmaqallı generalın polkovnik dostuna qarşı 200 minlik ittiham - TTM-də mütəşəkkil korrupsiya  |     15:18 Hindistanla əməkdaşlıq yeni mərhələyə keçir: Azərbaycan nə qazanacaq?  |     15:14 Bakıda 3-cü yerüstü stansiyanın istifadəyə veriləcəyi tarix məlum oldu  |     15:09 Musiqi dinləməsi 13 yaşlı velosipedçinin həyatına son qoydu - Təfərrüat  |     15:08 Nəqliyyat və rabitə xərcləri təxminən üç dəfə artırılır  |     14:20 Maşınınızı satmağa tələsməyin! Azərbaycanda avtomobillərlə bağlı nə baş verəcək?  |     14:10 İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib  |     14:07 Azərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək  |     14:05 Peyvənddən qorxanlara həkim XƏBƏRDARLIQ ETDİ  |     13:58 Azərbaycanda gömrük rüsumlarından daxilolmalar 49 milyon manat artacaq  |     13:51 Özəl liseylərdə təhsil haqqı niyə 50 min manata çatır? – AÇIQLAMA  |     13:35 Terrorun maliyyələşdirilməsinə qarşı mübarizə gücləndirilir  |     13:05 Korrupsiyaya görə tutulmuş vəzifəli şəxslər bir həftəyə azadlığa çıxırlar  |     13:00 Müdafiə büdcəsində dəyişiklik: Hərbi qüvvələrə ayrılan vəsait artır, xüsusi layihələrə xərclər azalır  |     12:54 Azərbaycan nefti bahalaşıb  |     12:53 Metroda "qırmızı xətt" üzrə qatarlar əvvəlki qaydada hərəkət edəcək  |     12:48 Azərbaycanda təhsilə ayrılan vəsait 5.1 milyard manata çatdırılır  |     12:43 Azərbaycanın dövlət büdcəsində kəsir artacaq  |     12:41 Xarici yardımlara ayrılan vəsaitin miqdarı xeyli artırılır  |    
Mojo.az Avto
Mojo.az Avto

Türkiyə–İsrail qarşıdurması harada baş verə bilər? — Aydın Sezərdən AÇIQLAMA

23.07.2026 11:52 1 191
Türkiyə–İsrail qarşıdurması harada baş verə bilər? — Aydın Sezərdən AÇIQLAMA
İsrailin diaspora işləri üzrə naziri Amiçay Şiklinin Türkiyə ilə dənizdə birbaşa hərbi toqquşma ehtimalı barədə səsləndirdiyi fikirlər regionda yeni gərginlik müzakirələrini alovlandırıb. Ekspertlər bu bəyanatların siyasi mesaj, yoxsa real hərbi riskin göstəricisi olduğunu fərqli qiymətləndirirlər.

İsrail nazirinin bu bəyanatını nə dərəcədə ciddi qəbul etmək olar?

Türkiyə ilə İsrail arasında hərbi qarşıdurma ehtimalı həqiqətən artıbmı, yoxsa bu daha çox siyasi təzyiq vasitəsidir?

Dənizdə mümkün toqquşma hansı bölgədə baş verə bilər və buna səbəb nə ola bilər?

Mövzu ilə bağlı Median.Az-ın suallarını cavablandıran türk siyasətçi Aydın Sezər bildirib:



"İlk növbədə qeyd etmək lazımdır ki, bu nazirin açıqlamaları Türkiyəyə qarşı növbəti psixoloji təzyiq və çəkindirmə cəhdi xarakteri daşıyır. Bildiyiniz kimi, sözügedən nazir İsraildə sərt müharibə tərəfdarı olan siyasi kabinetin üzvlərindən biri deyil. Buna görə də onun bəyanatlarını qiymətləndirərkən, siyasi və ideoloji mövqeyini də nəzərə almaq vacibdir."

"Bu şəxs, əlbəttə ki, hökumət kabinetinin üzvüdür. Lakin mənim nəzərdə tutduğum kabinet daxilində daha bir qeyri-rəsmi "daxili kabinet" mövcuddur. Bu, müharibə və sərt xətt tərəfdarlarından ibarət dar çevrədir. Sözügedən nazir isə həmin ikinci, qeyri-rəsmi daxili kabinetin üzvlərindən deyil".

Aydın Sezərin sözlərinə görə, əslində bu bəyanat İsrailin daxili ictimaiyyətinə ünvanlanmış bir mesajdır. Sanki sabah Türkiyə ilə müharibənin başlaya biləcəyi ehtimalını ön plana çıxarmaqla cəmiyyətdə həyəcan siqnalı yaradılır.

"Bunu eyni zamanda ABŞ-a ünvanlanmış siyasi mesaj kimi də qiymətləndirmək olar. Bildiyiniz kimi, Qəzza hadisələrindən sonra Türkiyə ilə İsrail arasında münasibətlər kifayət qədər gərginləşib", — deyə türk siyasətçi əlavə edib.

A. Sezər qeyd edib ki, məsələnin NATO aspektinə nəzər saldıqda, İsrail NATO üzvü olmasa da, alyansın bölgədəki bir sıra hərbi infrastrukturundan istifadə edə bilən ölkədir. Buraya Türkiyədə yerləşən İncirlik Hərbi Hava Bazası, eləcə də Malatyanın Kürecik bölgəsindəki radar və erkən xəbərdarlıq sistemi də daxildir.

Türk siyasətçi açıqlamasında bildirib ki, Qəzza ilə bağlı yaradılan və ABŞ Prezidenti Donald Trampın rəhbərlik etdiyi sülh platformasında Türkiyə və İsrail də təmsil olunur. Prezident Rəcəb Tayyib Ərdoğan və Baş nazir Benyamin Netanyahu eyni masa arxasında əyləşirlər. Bu da onu göstərir ki, pərdəarxasında Türkiyə–İsrail münasibətləri ictimaiyyətə göründüyü qədər gərgin və ya tamamilə mənfi məcrada inkişaf etmir.

Siyasətçi vurğulayıb ki, Aralıq dənizində hər hansı ərazidə Türkiyə ilə İsrail arasında birbaşa hərbi toqquşmanın baş verəcəyini real hesab etmirəm. Nəzəri baxımdan ən çox adı çəkilə biləcək bölgə Kipr sahilləridir.

"Lakin burada da Cənubi Kiprdə yerləşən iki Böyük Britaniya hərbi bazası, eləcə də ABŞ və İsrailin Cənubi Kiprlə hərbi əməkdaşlığı və bölgədəki mövcudluğu nəzərə alınmalıdır. Bu amillər belə bir ssenarini daha da çətinləşdirir.

Ona görə də hesab edirəm ki, bu açıqlama daha çox gərginliyi artırmağa və ya mövcud gərginliyi gündəmdə saxlamağa hesablanmış siyasi mesaj kimi qiymətləndirilməlidir", Aydın Sezər sonda deyi."

Dəniz Pənahova
Median.Az

Son xəbərlər