Mojo.az Banner
18:22 Bakıda yeniyetmə futbol oynadığı yerdə cinayət törətdi  |     18:22 Sadır Japarov Azərbaycana səfərə gəlib  |     18:20 Əməkdar jurnalist vəfat etdi  |     18:19 Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb  |     18:11 İranpərəst qruplaşma Azərbaycana hücumu etiraf etdi  |     18:07 Gəncədə 26 yaşlı kişini küçədə bıçaqladılar  |     18:06 İsrail prezidenti Azərbaycana səfərə gəldi - Foto  |     18:04 Şahin Şıxlinskinin Yekaterinburqda rəhbərlik etdiyi təşkilat ləğv edildi  |     17:53 Şavkat Mirziyoyev Bakıya yola düşüb  |     17:29 Saleh Səmədovun mənimsədiyi 200 min manatı oğlu qaytardı  |     17:28 İstanbuldan Bakıya minlərlə dərmanı qanunsuz gətirmək istədi  |     17:24 Həbs edilən polkovnik Ceyhun Həsənovun yaxın adamı imiş - Rüşvətin məbləği bilindi  |     17:05 Bakıda yəhudi şagirdlər də məktəbə vahid formada gedirlər - Video  |     17:04 Hakan Fidan Bakıya gəlir  |     17:03 Əli Əsədov Laos prezidenti ilə görüşüb - Foto  |     17:01 Rəsmi Bakıdan Parisin əsassız iddialarına cavab  |     17:00 Azyaşlıya işgəncə verən falçının məhkəməsi: "Hər dəfə uşaq deyirdi ki, pişik cırmaqlayıb"  |     16:51 Beynəlxalq Qızıl Xaç Komitəsindən Zəngəzurda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama  |     16:50 Sergey Lavrov sabah Bakıya gəlir  |     16:45 Robert Koçaryan həbsdə qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Gizli koordinasiya iddiası: ABŞ-İsrail-İran xəttində gərginlik pik həddə

20.04.2026 15:14 1 455
Gizli koordinasiya iddiası: ABŞ-İsrail-İran xəttində gərginlik pik həddə
Benyamin Netanyahu Qüdsdə Xavyer Miley ilə birgə çıxışında İranla qarşıdurmanın bitmədiyini və regionda vəziyyətin “partlayış həddində” olduğunu bildirib. O, İsrailin Donald Tramp və ABŞ-la koordinasiyada hərəkət etdiyini vurğulayıb və yaxın günlərdə gözlənilməz hadisələrin baş verə biləcəyi barədə xəbərdarlıq edib. Bu bəyanatlar fonunda İran, Hörmüz boğazı və Livan istiqamətində gərginlik yeni mərhələyə keçə bilər. Eyni zamanda aprelin 21-də bitəcək müvəqqəti atəşkəsdən sonra İranın nüvə obyektlərinə birbaşa hücumların başlaya biləcəyi ehtimalını maksimuma çatdırıb.

Netanyahunun “müharibə hələ bitməyib” mesajı real hərbi eskalasiya siqnalıdır, yoxsa siyasi təzyiq aləti?

Mövzu ilə bağlı Median.Az-a açıqlama verən Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan bildirib ki, Yaxın Şərqdə müharibə faktiki olaraq davam edir.Onun sözlərinə görə, bölgədə hələ də sabit siyasi mexanizmlər formalaşmayıb, əsas silahlı qruplar — HƏMAS və Hizbullah tərksilah olunmayıb, Qəzza zolağında texnokrat hökumət qurulmayıb.

Şərhçi qeyd edib ki, Livan və İsrail arasında yalnız qısamüddətli atəşkəs mövcuddur, Fələstinin ərazi bütövlüyü təmin edilməyib, bu dövlət ABŞ və İsrail tərəfindən tanınmayıb.

Bundan əlavə, Vaşinqtonla Tehran arasında sülh sazişi imzalamayıb, İran isə regionda raket proqramı və proksi qüvvələrdən imtina etməyib. Habelə İraqda İslam Respublikasına bağlı “Həşdi-Şəbi” silahlı qruplaşması mövcudluğunu davam etdirir.

"Bütün bu amillər regionun hələ də "barıt çəlləyi"ni xatırlatğıdını deməyə əsas verir", – deyə S. Soltan vurğulayıb.

Bununla yanaşı, müsahibimiz əlavə edib ki, normallaşma istiqamətində danışıqlar davam edir və bu proses uzunmüddətli perspektivdə Yaxın Şərqdə sülh və əməkdaşlıq ehtimallarını artırır.

Sədrəddin Soltanın fikrincə, Netanyahunun "müharibə bitməyib" ismarışı əsasən, İranın proksi qüvvələrinə qarşı mübarizəyə və eyni zamanda Tehranla Vaşinqton arasında mümkün danışıqlara təsir göstərmək məqsədi daşıyır.

Sədrəddin Soltan vurğulayıb ki, İran danışıqlardan imtina edərsə, yaxud şərtləri qəbul etməzsə, hərbi qarşıdurma yenidən alovlana bilər.

Politoloq hesab edir ki, bu bəyanat həm də Donald Trampın son açıqlamaları ilə uzlaşır, onu dəstəkləyir.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai də ölkəsinin ABŞ və İsraillə hələ də müharibə vəziyyətində olduğunu bildirib.
Bu kimi açıqlamalar bölgədə gərginliyin davam etdiyini, müharibənin, silahlı qarşıdurmanın hələ bitmədiyini təsdiqləyir.

Dəniz Pənahova
Median.Azскачать dle 11.3
Mojo.az Banner