Mojo.az Banner
13:09 Azərbaycanda əhalinin sayı açıqlandı  |     13:08 Jurnalistlər üçün süni intellektlə bağlı yeni qaydalar hazırlanır  |     13:07 Milli Məclis İlham Əliyevi və Mehriban Əliyevanı təbrik edib  |     13:06 Məşhur iş adamının 13 milyonluq şantaj işi: Məhkəmədə nələr oldu?  |     13:05 Mirzoyan: "TRIPP yolu üzərində ABŞ-nin hərbi mövcudluğu ehtimalı İranı narahat edir"  |     13:04 Azərbaycan nefti ucuzlaşdı  |     12:23 Bakıda təcili yardım maşını ağır qəza törətdi: Ölən var  |     12:19 Rəsmi Bakı Pakistana başsağlığı verib  |     12:16 Azərbaycanda müğənnilər 15 min manat qazanıb, 20 manat vergi ödəyirlər  |     12:13 Xırdalanda məktəbin şüşələrini sındıran şəxs həbs edildi  |     12:09 Səhər saatlarında Rusiyada güclü zəlzələ oldu  |     12:00 İlon Mask uçan avtomobilini təqdim etdi - Video  |     11:54 Deputat Məzahir Əfəndiyev barəsində doqquz işə xitam verildi  |     11:53 Yaxın 4 ildə Qarabağ və Şərqi Zəngəzura nə qədər pul xərclənəcək?  |     11:45 Ağstafada cinayət törətməkdə təqsirləndirilən şəxs Rusiyada tutuldu  |     23:01 Daim üşüyürsünüz? - Endokrinoloq diqqətdən kənarda qoyulmamalı simptomları açıqladı  |     22:55 İcbari sığorta haqları artırılacaq?  |     22:46 Başqalarına kömək etmək bu xəstəliyin inkişafını ləngidə bilər  |     22:41 Qonşusunu bıçaqlayan 61 yaşlı şəxs məhkəmə zalında həbs edilib  |     22:34 İran Oman körfəzində tankeri vurdu  |    
Mojo.az Avto
Mojo.az Avto

İranpərəst qruplaşma Azərbaycana hücumu etiraf etdi

14.10.2026 18:11 789
İranpərəst qruplaşma Azərbaycana hücumu etiraf etdi
İranpərəst haker qruplaşması ötən gecə 100-dən çox Azərbaycan hökumət domeninə qarşı genişmiqyaslı kiberhücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Median.Az
-ın Haqqın.Az-a istinadən xəbərinə görə, bu barədə İraqda fəaliyyət göstərdiyi ehtimal edilən "313 Team" haker qruplaşması öz "Telegram" kanalında elan edib.

Qruplaşma bəyan edib ki, kiberhücumun intensivliyi saniyədə 2,5 terabiti keçib.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin daha əvvəl bildirdiyi kimi, hücum nəticəsində bir sıra dövlət qurumlarının internet resurslarında fasilələr yaranıb. Qeyd edilir ki, görülən texniki tədbirlər sayəsində kiberhücumun nəticələrinin məhdudlaşdırılmasına nail olunub və saytların sabit fəaliyyəti təmin edilib.

"HawkEye"nin 2026-cı ilin mart ayında verdiyi xəbərdarlığa əsasən, həmçinin "313 Team Hack Team" və ya "İslam kibermüqaviməti" kimi də tanınan "313 Team" İranla əlaqəli qruplaşmadır və İranın Kəşfiyyat və Təhlükəsizlik Nazirliyi ilə əlaqələrinin olduğu ehtimal olunur.

"HawkEye"nin sənədləşdirilmiş əvvəlki hücumlar kataloqunda 2025-ci ilin iyun ayında "Truth Social"a qarşı DDoS kampaniyası, 2023-cü ilin dekabr ayında Səudiyyə Ərəbistanının "Absher" platformasına qarşı davamlı DDoS kampaniyası, 2026-cı ilin fevral ayında Küveyt hökumətinin 26 IP ünvanına təsir edən əməliyyat və 2026-cı ilin mart ayında Səudiyyə Ərəbistanı banklarını, Küveyt Beynəlxalq Hava Limanını və telekommunikasiya operatorlarını əhatə edən, Fars körfəzi dövlətlərinə qarşı koordinasiyalı kampaniya xatırladılır.скачать dle 11.3
Mojo.az Banner