Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə görüşündə iştirak etmək məqsədilə oktyabrın 14-də Azərbaycan Respublikasına səfərə gəlib.
Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Qazaxıstan prezidentini Azərbaycanın baş nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.
Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Qazaxıstan prezidentini Azərbaycanın baş nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.