Mojo.az Banner
23:01 Daim üşüyürsünüz? - Endokrinoloq diqqətdən kənarda qoyulmamalı simptomları açıqladı  |     22:55 İcbari sığorta haqları artırılacaq?  |     22:46 Başqalarına kömək etmək bu xəstəliyin inkişafını ləngidə bilər  |     22:41 Qonşusunu bıçaqlayan 61 yaşlı şəxs məhkəmə zalında həbs edilib  |     22:34 İran Oman körfəzində tankeri vurdu  |     22:27 Ayselin aliment ödəməyən əri həbs olundu  |     22:22 Leyla Əliyeva Laçının vəhşi təbiətindən paylaşım etdi - VİDEO  |     22:15 Türkiyədə bələdiyyə sədrinin müavini qəzada öldü  |     22:09 "Rəqəmsal rabitə" informasiya sistemi nəyə xidmət edəcək?  |     22:02 Gənc əsgər vəfat etdi  |     21:57 Toyuq kəsimi sexində antisanitar vəziyyət - FOTOLAR  |     21:50 Minimum əməkhaqqı, pensiya və müavinətlər bu qədər arta bilər  |     21:45 Sabah yağış yağacaq  |     21:36 Bir gecədə Rusiyanın 6 SU-34 təyyarəsi məhv edildi  |     21:31 Yeni Böyük Çin Səddi tikilir  |     21:24 Nazirlər Kabineti "Azərişıq" və "Azərenerji" ilə bağlı qaydada dəyişiklik edib  |     21:08 Navai Qazaxıstanda işgəncələrlə tanınan təcridxanaya yerləşdirildi  |     20:55 Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb  |     20:48 Bakıda parkda Mərakeş vətəndaşını öldürməkdə təqsirləndirilən gənc: "Etmədiyim cinayəti öz üzərimə götürmüşəm"  |     20:06 Rusiya Navainin həbsi ilə bağlı Qazaxıstana nota göndərdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Həbs edilən polkovnik Ceyhun Həsənovun yaxın adamı imiş - Rüşvətin məbləği bilindi

14.10.2026 17:24 333
Həbs edilən polkovnik Ceyhun Həsənovun yaxın adamı imiş - Rüşvətin məbləği bilindi
Penitensiar Xidmətin Kadrlar İdarəsinin sabiq rəisi, polkovnik Əflatun Məmmədovun ittiham olunduğu korrupsiya cinayəti əsasən 2018-2022-ci illərdə baş verib.

Median.Az
"Qafqazinfo"ya istinadən xəbər verir ki, polkovnik 330 min manatdan çox rüşvət almaqda ittiham olunur.

Həmin illərdə Penitensiar Xidmətə general-leytenant Ceyhun Həsənov rəhbərlik edirdi.

Əflatun Məmmədov Xidmət rəisinin ən yaxın adamlarından biri olub, elə bu yaxınlığa arxayın olaraq da bir neçə nəfərdən rüşvət alıb. O, ədliyyə orqanlarında işə düzəlmək və bəzilərinə "leytenant" rütbəsi verilməsi üçün pul alıb. Müraciət edən şəxslərdən 450 min manatdan çox rüşvət tələb edib, onun 330 mindən bir qədər artığını əldə edə bilib.

Bir neçə nəfərin işə qəbulu üçün Xidmət rəhbərliyinə təklif verəcəyini deyərək 30, 35, 40, 45, 55, 60 min manat pul alıb. Ən böyük məbləğdə pul isə Penitensiar Xidmətin Müalicə müəssisəsinin sabiq rəis müavini Elxan İsgəndərovdan alınıb. O, İsgəndərovdan cəzaçəkmə müəssisələrindən birinə rəis təyin olunması üçün 200 min manat istəyib, yekunda 80 min manat alıb.

İdarə rəisi son olaraq - 2025-ci ildə bir nəfərdən Penitensiar Xidmətin inzibati binasındakı idarələrdən birinə təyinatı üçün 30 min manat pul alıb. Bu da onun son "işi" olub. Bu məsələdən sonra vəzifəsindən azad edilib.

Toplanmış çoxsaylı sübutlar əsasında Əflatun Məmmədov cinayət məsuliyyətinə cəlb edilib, ona qarşı Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3 (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisinin həbs tələbi ilə bağlı təqdimatını məhkəmə əsaslı hesab edib. Qərara əsasən, Ə.Məmmədov barəsində 2 ay 10 günlük həbs qətimkan tədbiri seçilib.скачать dle 11.3
Mojo.az Banner