Mojo.az Banner
13:25 Kartdan-karta köçürmələrə limitləri banklar özləri müəyyənləşdirir  |     13:20 Paşinyan sülh müqaviləsi ilə bağlı tarix açıqladı  |     13:12 Keniyada Ebola virusuna ikinci yoluxma halı qeydə alınıb  |     13:08 Şəhid anası vəfat etdi  |     13:02 İtaliya nümayəndə heyəti ölkəmizə səfər edib  |     12:55 İndoneziyada turist gəmisi batdı  |     12:50 Maşın saxlamaq qadağandır işarəsi olsa da, məhəl qoyan yoxdur - VİDEO  |     12:41 4 manat üstündə dava - Sürücü döyüldü  |     12:36 Məşhur marketdə işə düzəldi, bir gün sonra oğurluq etdi  |     12:29 Laos üzv dövlət qismində AQEM-ə qoşulub  |     12:24 Daha bir ölkədə reper Navai ilə bağlı araşdırma başladı  |     12:21 Ramiz Mehdiyevin məhkəməsində şahidlər dindiriləcək - Tarix açıqlandı  |     12:17 Yasamalda atla təhlükə yaradan şəxs saxlanıldı - Video  |     12:16 Gənc müəllimlərdən məktəblərdə vahid geyim forması məsələsi ilə bağlı valideynlərə çağırış  |     12:13 Qazaxıstanda saxlanılan azərbaycanlı repçini hansı cəza gözləyir?  |     12:11 Dayısı arvadını qətlə yetirdikdən sonra meyit üzərində əxlaqsız hərəkətlər edibmiş - Əri qatildən şikayətçi olmadı  |     12:10 Reper Diddinin həbsxanada xəsarət almasının səbəbi məlum oldu  |     12:02 Bakıda nasaz yük maşını əsas prospektlərdən birini bağladı  |     11:58 Sumqayıtda uşaq bağçasındakı hadisə ilə bağlı polis hərəkətə keçdi - Video  |     11:40 Azərbaycan nefti 4 dollaradək ucuzlaşdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Azyaşlıya işgəncə verən falçının məhkəməsi: "Hər dəfə uşaq deyirdi ki, pişik cırmaqlayıb"

14.10.2026 17:00 162
Azyaşlıya işgəncə verən falçının məhkəməsi:
Himayəsində olan 15 yaşlı bacısı oğlu Ü.M.-ə işgəncələr verərək, xəsarətlər yetirməkdə təqsirləndirilən Günay Novruzovanın cinayət işinin növbəti məhkəmə baxışı keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namiq Kərimovun sədrliyi ilə keçirilən iclas təqsirləndirilən tərəfdən zərərçəkənlərdən birinin ifadəsi ilə işini davam edib.

Zərərçəkən Ş.F. təqsirləndirilən Günay Novruzovanı iş yoldaşı vasitəsilə tanıdığını deyib:

"Bu qadını iş yoldaşım Elnarə sayəsində tanıdım. Deyirdi ki, güclü əməl edəndir, nəfəsi qüvvətlidir, bütün müşküllərinə çarə tapacaq. Mənim də ailəvi problemlərim var idi, düşündüm ki, dərdimə əlac edəcək. Görüşüb danışdıq, məndən 600 manat pul istədi. Sonra hər dəfə məndən qızıl istəyirdi. Məni elə təsirinə salmışdı ki, evimin pulunu, uşaqlarımın adına olan qızılları gətirib öz əlimlə bu qadına verirdim. Evimin 15-16 min manatlıq qızılını vermişəm Günaya. Deyirdi ki, qızın özünü binadan atacaq, oğlunun nişanı qaytarılacaq. Dua yazıb əməl edəcəyəm, bunların heç biri baş verməyəcək. Hər onun evinə gələndə uşağın simasında cızıqlar, yaralar, xətlər görürdüm. Uşaqdan soruşanda deyirdi ki, pişik cırmaqlayıb. Günayın kreslosunun yanında mütəmadi olaraq bir əl ağacı olurdu. Maraqlanıb soruşdum ki, bu nədir? Cavab verdi ki, pişikləri vururam".

Növbəti proses noyabrın 4-nə təyin olunub.

Xatırladaq ki, 2019-cu ildə Ü.M.-in atası Vüsal Məmmədov həyat yoldaşı Fəridə Məmmədovanı övladlarının gözü önündə amansızcasına qətlə yetirib. Hadisədən sonra Ü.M.-in xalası Günay Novruzova Sabunçu Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək, Ü.M. və onun qardaşına qəyyum təyin edilməsini xahiş edib.

2025-ci ilin sentyabrın 1-də Ü.M.-in məişət zorakılığına məruz qalması barədə daxil olmuş şifahi məlumata əsasən, hüquq-mühafizə orqanlarının məsul nümayəndələri ilə birlikdə ailənin yaşadığı ünvana baş çəkilib. Məlum olub ki, yeniyetmə qəyyumu ilə birgə Lənkərandadır, daha sonra polislər onları Bakıya gətirib. Günay Novruzovanın qəyyumluğuna xitam verilib və o, hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, təqsirləndirilən Günay Novruzova barəsində Cinayət Məcəllləsinin 133.2.4-cü (Əzabvermə - təqsirkar şəxs üçün aşkar xəstə, köməksiz və ya psixi pozuntu vəziyyətində olan, yaxud maddi, xidməti və ya başqa cəhətdən təqsirkar şəxsdən asılı olan şəxsə qarşı törədildikdə) 133.2.6-cı (xüsusi amansızlıqla, işgəncə verməklə törədildikdə) və 178.3.2-ci (dələduzluq - külli miqdarda zərər vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.
//oxu.azскачать dle 11.3
Mojo.az Banner