Mojo.az Banner
23:00 Korrupsiya barədə məlumat verən şəxslər hansı hüquqlara sahib olacaq? - AÇIQLAMA  |     22:52 Arbeloa cərimələndi  |     22:45 Bu mənzillərin kirayə qiymətləri artacaq - EKSPERTDƏN PROQNOZ  |     22:39 İstanbulda məktəblər bağlandı, motosikletlərə qadağa qoyuldu  |     22:32 Bakıya gələcək erməni əsilli nazir kimdir? - Dosye  |     22:27 Ən qənaətcil 3 bürc - Hər qəpiyin qədrini bilirlər  |     22:18 Reper Navai narkotik aldığını etiraf edib (Yenilənib)  |     22:13 Bakıda minik avtomobili atla toqquşdu - Video  |     22:00 Qətər əmiri Azərbaycana səfərə gəlib - Foto  |     21:53 Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi  |     21:48 Mingəçevirdə ASAN Xidmətə işə düzəltmək adı ilə 2 min manat alıb  |     21:40 İşə düzəltmək və sürücülük vəsiqəsi almaq vədi ilə 3 200 manatlıq dələduzluq  |     21:35 Antakyada əməliyyat: Azərbaycanlı qadın deportasiya edildi  |     21:28 Formula-1 33 ildən sonra Afrikaya qayıdacaq: Yarış nə vaxt və harada keçiriləcək?  |     21:23 Ordumuzun ilk qadın snayperi vəfat etdi  |     21:15 “Təxribatlara uymayaq, əzizlərim!” - Röya  |     21:10 Daha bir dövlət müəssisəsi ləğv edildi  |     21:04 “Barselona” tarixi rekordu təkrarladı  |     21:04 Konteyner gəmisi minaya düşərək batdı  |     20:58 Uyğunsuzluq aşkarlanan bioloji aktiv qida məhsulu məhv edildi  |    
Mojo.az Avto
Mojo.az Avto

Saleh Səmədovun mənimsədiyi 200 min manatı oğlu qaytardı

14.10.2026 17:29 147
Saleh Səmədovun mənimsədiyi 200 min manatı oğlu qaytardı
İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədov dövlətə vurduğu ziyanı tam ödəyib.

Median.Az
"Qafqazinfo"ya istinadən xəbər verir ki, pul onun oğlu tərəfindən qaytarılıb.

S.Səmədov külli miqdar təşkil edən 200 min manatın mənimsənilməsində ittiham olunurdu. Bu məbləğin 44 min manatı hələ ilkin istintaq dövründə ödənilmişdi.

Qalan hissə isə bu gün tam bağlanıb. Bundan əlavə, S.Səmədovun oğlu atasının cinayət məsuliyyətindən azad edilməsi üçün dəymiş ziyanın 50 faizi (100 min manat) məbləğində dövlət rüsumunu da ödəyib.

Qanunvericiliyə əsasən, mənimsəmə və dələduzluq kimi cinayətlərdə dəymiş ziyan və dövlət rüsumu tam ödənildikdə şəxs cinayət məsuliyyətindən azad edilə bilər. Lakin bu məhkəmə üçün məcburi deyil. Yəni hakim Leyla Əsgərova-Məmmədova S.Səmədovu azad edə də bilər, etməyə də.

Yaxın günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunacaq.

Qeyd edək ki, Saleh Səmədov ötən il 9 May - Faşizm üzərində Qələbə Günü keçirilən tədbirdə özünü ifşa etmişdi. Həmin vaxt rayon ağsaqqalının SSRİ bayrağı altında sinəsində rus imperiyasının rəmzi sayılan "Georgi lenti" ilə çıxış etməsi ictimai qınağa səbəb oldu. Bu qalmaqaldan sonra S.Səmədov vəzifəsindən azad edildi. Bir müddət sonra isə DTX onun korrupsiya cinayətlərini üzə çıxardı. Keçmiş şura sədri 1 ildir həbsdədir.
скачать dle 11.3
Mojo.az Banner