Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Yerimə sürəti ömrün uzunluğundan xəbər verə bilər - Yeni araşdırma | 22:55 Hava limanında 20 min dollar tapan şəxslə bağlı qərar verildi | 22:50 Kirayə pulunu ödəmək üçün qapı oğurladı, 23 gün həbs edildi | 22:42 Payız yorğunluğundan xilas olmaq üçün 5 sadə məşq - Mütəxəssisdən tövsiyələr | 22:37 "Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi | 22:30 Xəbəri olmadan adına şirkət açıldı, 634 min manat vergi borcu yarandı (VİDEO) | 22:24 Üzü daha gənc göstərən saç kəsimləri | 22:15 Qazaxıstan və Ermənistan TRIPP-i müzakirə etdi | 22:10 Yaponiyada güclü zəlzələ oldu | 22:03 Bakıda istehlaka yararsız süd məhsulları aşkarlandı | 21:58 Sabah Bakıda yağış yağacaq | 21:50 "Arxa oturacaqda 7 yaşlı qıza əxlaqsızlıq edərkən gördüm ki..." - 67 yaşlı kişidən iyrənc hərəkət | 21:45 Maliyyə yoxlamaları nəticəsində 106,9 mln. manat vəsait bərpa edilib | 21:38 Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? - Hakimdən izah | 21:33 Ərdoğanın keçmiş müavini həbs edildi | 21:26 Ötən ay avtobusla 54 milyona yaxın sərnişin daşınıb | 21:21 Tikinti zamanı ayağı sınan fəhlə "Avrasiya" MTK-dan şikayətçidir - VİDEO | 21:13 Atasından pul oğurlayıb qumar oynayırmış - Məhkəmə bu qərarı verdi | 21:07 "Polis erməni dilində danışmağımı görüb..." - Azərbaycanlı bloger | 21:01 Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib |
Mojo.az Avto
Mojo.az Avto

Şahin Şıxlinskinin Yekaterinburqda rəhbərlik etdiyi təşkilat ləğv edildi

14.10.2026 18:04 327
Şahin Şıxlinskinin Yekaterinburqda rəhbərlik etdiyi təşkilat ləğv edildi
Yekaterinburq məhkəməsi ağır cinayətlərdə ittiham olunduğuna görə görə azadlıqdan məhrum edilmiş Şahin Şıxlinskinin rəhbəri olduğu "Azərbaycan-Ural" ictimai milli-mədəni təşkilatının ləğvi barədə qərar çıxarıb.

Median.Az
e1.ru-ya istinadən xəbər verir ki, müvafiq məhkəmə qərarı iyunun 3-də qəbul edilsə də, bu barədə məlumat ictimaiyyətə yeni açıqlanıb.

Məlumata əsasən, "Azərbaycan-Ural" təşkilatı 13 yanvar 2023-cü ildə Yekaterinburqda qeydiyyata alınıb. Bununla yanaşı, təşkilatın "Telegram" kanalında Şahin Şıxlinskinin hələ 2004-cü ildə sədr seçildiyi qeyd olunur.

Şıxlinski öz çıxışlarında bildirirdi ki, "Azərbaycan-Ural" cəmiyyəti Yekaterinburq və Sverdlovsk vilayətində yaşayan azərbaycanlılara dəstək göstərməklə məşğuldur.

Xatırladaq ki, 2025-ci il iyulun 1-i axşam saatlarında diaspor rəhbəri Şahin Şıxlinski və oğlu Mütvəli xüsusi təyinatlılar tərəfindən ailəyə məxsus "Baku Plaza" ticarət mərkəzinin yaxınlığında saxlanılıblar. Həmin vaxt Şıxlinskilər zirehli "Mercedes Gelandewagen" avtomobilində hərəkət edirdilər. Saxlanılma anını əks etdirən videoda tanınma nişanları olmayan kamuflyajlı şəxslərin maşına yaxınlaşaraq hərəkət halında şüşələri qırdığı görünür. Sürücü avtomobili geriyə sürən zaman güc strukturu əməkdaşlarından biri yerə yıxılıb. Daha sonra Şıxlinskilər qapıları açaraq maşından çıxarılıb və üzü üstə asfalta yıxılıblar. Mütvəli Şıxlinski qısa müddət sonra sərbəst buraxılıb, Şahin Şıxlinski isə Sverdlovsk vilayəti üzrə İstintaq Komitəsinə aparılıb. Həmin ilin 16 iyul tarixində məhkəmədə Mütvəli barəsində həbs qətimkan tədbiri seçilib, atası isə Moskvaya yollanıb.

Avqustun 2-də Şahin Şıxlinski hüquq-mühafizə orqanlarına təslim olub. Məhkəməsinin qərarı ilə o da həbs edilib. Şıxlinskilər qətl və sui-qəsdlərin təşkilində təqsirli bilinərək uzunmüddətli həbs cəzalarına məhkum olunublar. Bundan əlavə, onlar saxlanılarkən avtomobillə vurduqları hakimiyyət nümayəndəsinə qarşı zorakılıq maddəsi ilə də mühakimə ediliblər. Mütvəli ümumi rejimli cəzaçəkmə müəssisəsində 8 il, atası isə ilk 4 ili həbsxanada olmaqla ümumilikdə 24 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə həmçinin digər azərbaycanlılar barəsində də hökm çıxarıb. Onların hər biri aşağıdakı müddətlərə azadlıqdan məhrum ediliblər:

Akif Səfərov - 21 il;

Bəkir Səfərov - 10 il;

Ayaz Səfərov - 20 il;

Kamal Səfərov - 14 il;

Məzahir Səfərov - 13 il;

Şadjayəddin Rəcəbov - 14 il.

Qeyd edək ki, istintaq Şahin Şıxlinskinin 2001-ci ildə sahibkar İkram Paşayevin qətlini təşkil etməkdə və Fəhruz Şirinova qarşı sui-qəsddə iştirak etdiyini ehtimal edirdi. Şirinov killerin silahında yaranan nasazlıq səbəbindən sağ qalmışdı. Bu cinayət işi 15 ildən sonra yenidən bərpa edilmişdi.

Son xəbərlər