Mojo.az Banner
13:41 Azərbaycanda tanınmış idmançı HƏBS EDİLDİ - FOTO  |     13:36 Azərbaycanda yeni iş yerləri yaradılacaq  |     13:32 Azərbaycanda dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı təsdiq edilib  |     13:19 37 yaşlı musiqiçi evində ölü tapıldı  |     13:11 Bakıda səfərdə olan Ermənistanın kəşfiyyat rəhbəri İrəvana niyə gec qayıdıb?  |     13:02 Paşinyan: "İlk növbədə Azərbaycanla dəmir yolu əlaqəmiz yaranacaq"  |     13:01 Azərbaycan nefti bahalaşdı  |     12:53 Evdə hazırlanan qidalara görə cərimələr tətbiq olunacaq? - RƏSMİ CAVAB  |     12:43 Məmməd Musayevə qarşı cinayət işi açıldı - İLGİNC TƏFƏRRÜAT  |     12:39 Bakıda bir marşrutun hərəkət sxemi dəyişdirildi  |     12:38 Ceyhun Bayramov Donald Trampın təşkil etdiyi qəbulda olub  |     12:36 Azərbaycana payız gəldi  |     12:34 Bakıda xəstəxana pasiyentlərin yeməyini kəsir? - Video  |     12:28 Reper Ciqan işçilərini girov götürüb, mühafizəçisini güllələdi  |     12:26 Özbəkistan Naxçıvan-Türkiyə dəmir yolu layihəsinə qoşula bilər  |     12:09 Bakı aeroportunda pul tapdı, dilənçilərə 3 min manat payladı  |     12:06 "Gözlərim açıq qalır" - Estetik əməliyyatdan sonra qadının şok iddiası - Video  |     11:41 Əfv edilənlərin arasında Martin Ryan da var  |     11:39 Qızılın qiyməti düşür – Azərbaycanda nə qədər ucuzlaşa bilər?  |     11:36 Sürücülərin NƏZƏRİNƏ: Tıxaca düşməmək üçün bu yolları seçin  |    
Mojo.az Avto
Mojo.az Avto

Tramp donanma göndərib: İranın son qərarı nə olacaq?

28.01.2026 13:41 414
Tramp donanma göndərib: İranın son qərarı nə olacaq?
“The Jerusalem Post”un məlumatına görə, ABŞ İran neftinin ixracına qarşı hər hansı birbaşa hərbi əməliyyatdan əvvəl “dəniz blokadası” tətbiq etməyi nəzərdən keçirir. Faktiki olaraq, Tramp çıxışında İrana qarşı böyük bir donanmanın göndərildiyini açıqlayıb.
 
Bu açıqlamaların nəticəsi nə olacaq? İran razılığa gələcəkmi, yoxsa gərginlik daha da artacaq?
 
Sfera.az-a bu haqda açıqlama verən politoloq Rəşad Bayramovun sözlərinə əsasən, ABŞ-nin İran siyasətində “dəniz blokadası” ideyasının gündəmə gəlməsi Vaşinqtonun Tehrana qarşı təzyiq alətlərini sərtləşdirmək niyyətindən xəbər verir:

Donald Trampın İrana qarşı böyük donanma göndərildiyi barədə açıqlamaları da bu strategiyanın siyasi və psixoloji əsasını formalaşdırır. Lakin məsələ təkcə niyyətlə deyil, bu niyyətin nə dərəcədə icra oluna biləcəyi və hansı nəticələr doğuracağı ilə bağlıdır. Məsələ burasındadır ki, “Dəniz blokadası” klassik beynəlxalq hüquq baxımından faktiki müharibə aktı hesab olunur. Bu səbəbdən ABŞ-nin rəsmi şəkildə blokada elan etməsi ehtimalı aşağıdır. Ancaq buna baxmayaraq İran neftini daşıyan tankerlərə qarşı sanksiyaların icrasının sərtləşdirilməsi, dəniz təhlükəsizliyi adı altında yoxlamalar, sığorta və maliyyə mexanizmləri vasitəsilə ixracın faktiki məhdudlaşdırılması kimi addımlar atıla bilər. ABŞ bu sahədə olduqca ciddi imkanlara malikdir. Belə ki, dünyanın ən güclü hərbi-dəniz donanmasına, Fars körfəzində müttəfiq olan dövlətlərdə geniş hərbi infrastruktura malik olması, eləcə də qlobal maliyyə sisteminə nəzarət imkanları Vaşinqtona ciddi üstünlüklər verir”.
 
Ekspert, ABŞ-nin İran neftinin ixracını tamamilə dayandırmaq imkanının olmadığını vurğulayıb:
 
“Çünki, qeyri-rəsmi tanker donanması, bayraq və sənəd manipulyasiyaları, gəmidən-gəmiyə neft ötürülməsi, əsasən Çin bazarına yönəlmiş qeyri-şəffaf satış kanalları Tehrana müəyyən nəfəs imkanı yaradır. Bu mexanizmlər İranın gəlirlərini həddən artıq azaltsa da, onları tamamilə sıfırlamır. Bu da o deməkdir ki, ABŞ maksimum halda İranın neft ixracını kəskin şəkildə azalda bilər, lakin tam iflic etməsi mümkün görünmür. Ən təhlükəli məqam Hörmüz boğazı faktorudur. Məlumdur ki, dünya neft ticarətinin təxminən beşdə biri bu boğazdan keçir və İran burada ciddi hərbi-taktiki imkanlara malikdir. Əgər ABŞ real dəniz blokadasına yaxın addımlar atarsa, İran cavab olaraq Hörmüzdə qeyri-sabitlik yarada, mina təhlükəsi, dron və raket riskləri formalaşdıra bilər. Bu isə təkcə ABŞ-İran qarşıdurması deyil, qlobal enerji təhlükəsizliyi probleminə çevrilər.
 
Məhz bu risklər Vaşinqtonu daha ehtiyatlı davranmağa vadar edir. Trampın sərt ritorikası da əsasən bu kontekstdə qiymətləndirilməlidir. Onun siyasi üslubu maksimal təzyiq və güc nümayişinə əsaslansa da, genişmiqyaslı müharibəyə girmək istəyi ilə səciyyələnmir. Məqsəd daha çox İranı iqtisadi və psixoloji baxımdan sıxışdırmaq, onu danışıqlar masasına zəif mövqedən gətirməkdir. Amma bu baş verməyəcəksə, yəni İran bu təhdidlərdən müvafiq nəticə çıxarmayacaqsa o zaman hərbi müdaxilə ehtimalı da artacaq. Söhbət genişmiqyaslı müharibədən yox, qısa müddətli, konkret hədəflərə yönəlik hərbi müdaxilədən gedir. Düşünürəm ki, biz hələ bir müddət də tərəflər arasında güc və dözümlülük yarışına şahidlik edəcəyik”.
скачать dle 11.3
Mojo.az Banner