Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bu heyvanların bazarlara daxil olmasına icazə verilməyəcək

17.04.2026 19:19 345
Bu heyvanların bazarlara daxil olmasına icazə verilməyəcək
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən heyvan bazarlarında epizootoloji sabitliyin qorunması və yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə baytarlıq nəzarəti tədbirləri gücləndirilir.

AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, bu çərçivədə qəbul edilmiş tələblərə əsasən, identifikasiya edilməmiş heyvanların bazarlara daxil olmasına məhdudiyyət tətbiq ediləcək. Qərarın əsas məqsədi heyvanların sağlamlıq vəziyyətinə nəzarətin effektiv təşkili, xəstəliklərin vaxtında aşkarlanması və qarşısının alınmasıdır.

Heyvanların identifikasiyası onların mənşəyinin izlənilməsi, aparılmış baytarlıq tədbirlərinin qeydiyyatı və ümumilikdə epizootoloji nəzarətin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

“Heyvan satışı bazarlarının iştirakçıları, o cümlədən sahibkarlar və heyvan mülkiyyətçiləri heyvanları bazara gətirməzdən əvvəl onların müvafiq qaydada identifikasiyasını təmin etməlidirlər. AQTA heyvan bazarı sahiblərini və heyvan mülkiyyətçilərini müəyyən edilmiş baytarlıq-sanitariya qaydalarına ciddi riayət etməyə çağırır”, - deyə məlumatda vurğulanıb.

Bu barədə daha ətraflı link vasitəsilə tanış ola bilərsiniz.

Son xəbərlər