Mojo.az Banner
14:55 İki ay əvvəl işdən çıxarılan rəisə - Cinayət işi açıldı  |     14:46 Tehrandan Kiyevə sərt reaksiya: "İran lazımi addımlar atacaq"  |     14:34 Bakıda tanışlıq bəhanəsi ilə kişinin pulunu oğurlayan qadın SAXLANILDI  |     14:21 Hövsanın bəzi ərazilərində SU KƏSİLƏCƏK  |     13:31 Azərbaycan XİN Pakistana başsağlığı verib  |     13:25 Vergi yoxlamasının keçirilməməsi müqabilində rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər həbs olunub  |     13:17 İlham Əliyev Fələstinlə imzalanmış sənədi təsdiqlədi  |     12:54 "Real Madrid"in ulduzlarının transfer yalanı: Agentlik mediaya qarşı ayağa qalxdı  |     12:40 Ucarda qəsdən yanğın törədən şəxs saxlanıldı  |     12:35 İyulda neçə adamı gün vurub?  |     12:23 Bakıda DƏHŞƏTLİ ANLAR: Avtomobillər torpağın altında qaldı - VİDEO  |     11:51 Buzovnada dənizdə 3 nəfər batdı - Biri xilas edildi  |     11:31 Bakıda 4 yaşlı uşaq 13-cü mərtəbədən yıxılıb öldü  |     11:29 Arvadını bıçaqlayan və balta ilə yaralayan şəxs barədə YENİ QƏRAR  |     11:28 QHT əməkdaşları Ağdərədə minaya düşdülər  |     11:26 Bakıda küçələrdən birinə Xalq yazıçısı Elçinin adı verilib  |     11:26 "Sabah" və "Qarabağ"ın rəqibləri bu gün bəlli olurlar - PÜŞKATMA  |     11:24 Jurnalistikaya qəbul olmaq istəyənlər üçün qabiliyyət imtahanı keçiriləcək  |     11:22 Magistraturaya qəbul olunanların NƏZƏRİNƏ: Qeydiyyat başlayır  |     11:21 Kubanın elektrik enerjisi sistemi yenidən çökdü  |    
Left Banner
Right Banner

AQTA Gürcüstan mənşəli heyvanların Azərbaycandan tranzitini yenidən açdı

09.12.2025 16:07 411
AQTA Gürcüstan mənşəli heyvanların Azərbaycandan tranzitini yenidən açdı
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Gürcüstan mənşəli iri və xırdabuynuzlu heyvanların Azərbaycan ərazisindən keçməklə tranzit daşınmasına tətbiq edilmiş məhdudiyyəti aradan qaldırıb.

Bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Milli Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təqdim olunmuş rəsmi məlumatda ölkədə həyata keçirilən baytarlıq tədbirləri və epizootoloji monitorinqin nəticələrinə əsasən, epizootik durum stabil qiymətləndirilir.

Həmçinin baytarlıq - sanitariya tələblərinə tam əməl olunduğu, epizootik vəziyyətin davamlı nəzarətdə saxlanıldığı və xüsusi təhlükəli yoluxucu heyvan xəstəliklərinin yayılması riskinin minimal olduğu barədə rəsmi zəmanət təqdim edilib.скачать dle 11.3
Mojo.az Banner