Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:41 Siqaret təkcə ağciyər deyil, bir sıra digər orqanların da xərçənginə səbəb ola bilər | 22:34 Hövsan qəsəbəsində yolu keçmək piyadalar üçün təhlükəlidir (VİDEO) | 22:28 10 oğurluq, bir xuliqanlıq hadisəsi törətdi - Anlaqsız olduğu məlum oldu | 22:21 "Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi | 22:16 Ürək və beyin üçün ən faydalı çərəz | 22:07 Türkiyədə zəlzələ oldu | 22:02 Məşhur rejissorun ölümü ilə bağlı yarım əsr sonra cinayət işi açıldı | 21:54 Sabah Bakıda 23 dərəcə isti olacaq | 21:49 Azərbaycanda mənzillərin qiymətləri ucuzlaşacaq? - AÇIQLAMA | 21:43 Hakerlər 15 min dövlət işçisinin məlumatlarını ələ keçirdi - Sloveniyada | 21:35 Beyləqanda 27 yaşlı ustanı "tok" vurub öldürdü | 21:30 Bu yolayrıcında işıqfor quraşdırıldı | 21:26 Şəhid atası dünyasını dəyişdi | 21:17 Bu döyüş Makqreqor üçün son olacaq | 21:08 Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var | 20:55 Aqressiyanın kökündə uşaqlıqdan gələn sevgisizlik dayana bilər – MÜSAHİBƏ | 20:38 Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb, 10 nəfər saxlanılıb | 20:17 Müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq | 20:10 Prokurorluq orqanlarının veteranları təltif ediliblər | 20:08 Rusiyadan əcnəbilərin deportasiyasına səbəb olan inzibati xətaların sayı iki dəfə artırılır |
Mojo.az Avto
Mojo.az Avto

Erməni rəqqas Arsen Aqamalyan Bakıya gəldi: "Qardaşım və bacım burada yaşayır" - Foto

30.10.2026 18:45 366
Erməni rəqqas Arsen Aqamalyan Bakıya gəldi:
Məşhur erməni rəqqas Arsen Aqamalyan Bakıya səfər edib.

Sənətçi bu haqda özünün "Instagram" sosial şəbəkə səhifəsində məlumat yayıb.

Rəqqas qeyd edib ki, Bakıda xanımı Oksana Vasilyeva ilə birgə "Karmen" və "Besı" adlı iki rəqs kompozisiyası ilə çıxış edəcək. Sənətçi Azərbaycan paytaxtına gəlişinin onun üçün xüsusi əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb.
Erməni rəqqas Arsen Aqamalyan Bakıya gəldi: "Qardaşım və bacım burada yaşayır" - FotoOnun sözlərinə görə, ata və anası məhz Bakıda tanış olaraq ailə həyatı qurublar və gənclikləri burada keçib. O, özünün və bacısı Renanın da bu şəhərdə doğulduğunu əlavə edib.

"Mən bir erməni kimi, dünya çempionatına bir ay qalmış Azərbaycana gələrək nümayiş etdirmək istəyirəm ki, biz incəsənət və rəqs dili ilə ünsiyyət qura bilərik", - deyə o, paylaşımında qeyd edib.

O, vurğulayıb: "Atam Qarabağdan, anam isə Bakıdandır".

Bundan əlavə o, iki yaşına kimi Bakıda böyüdüyünü və sonra ailəsi ilə birgə Xankəndiyə köçdüyünü bildirib.

Sənətçinin bildirdiyinə görə, onların Bakıdan getməsi gələcəkdə yaranacaq münaqişələrlə bağlı deyildi.

"Ata və anam idman ixtisası üzrə oxuyublar. Atam futbolla məşğul olurdu, Qarabağın Ağdərə bölgəsindən olan erməni idi. Anam isə Bakıda doğulmuş rus idi və idman gimnastikası sahəsində fəaliyyət göstərirdi. İki yaşıma qədər həyatım Bakıda keçdi. Ardınca Qarabağa getdik və bu, gələcək hadisələrlə əlaqədar deyildi. Daha sonra eskalasiya, münaqişə yarandı və 1992-ci il yetişdi. O zaman Rusiya və Ermənistana yollar açıldı, valideynlərim də bizi oradan apardılar. Lakin hamımız gedə bilmədik. Bir yaşlı kiçik qardaşım orada dünyasını dəyişdi. Bu hadisə anamın birdəfəlik getmək və heç vaxt qayıtmamaq qərarını verməsində həlledici rol oynadı. Həmin vaxta qədər isə hər yay bizi Bakıya, nənəmiz Taya və ulu nənəmiz Polinanı görməyə gətirərdilər. Nənəmin Bakıdakı həyəti yadımdadır. Dəqiq olmasa da, elə bilirəm Sabunçu ərazisi idi. Həyətdəki uşaqlarla necə oynadığımızı xatırlayıram. Eşitdiyimə görə, həmin uşaqların bəziləri bu gün də o ərazidə yaşayırlar", - deyə sənətçi bildirib.

Rəqqas Bakıya səfəri zamanı 37 ildir görmədiyi qardaşı və bacısı, eləcə də onların indiyədək heç vaxt görmədiyi övladları ilə bir araya gələcəyini bildirib.

Həmçinin o, uşaqlıq illərində birgə oynadığı şəxslərlə də görüşməyi planlaşdırır.

"Otuz yeddi ildir üzünü görmədiyim bacım və qardaşımla görüşüb, onların övladları ilə tanış olacağam. Uşaqlığımın keçdiyi həyətdə bərabər oynadığım insanları görəcəyəm. Anamın rus olması səbəbindən onun qohumları hələ də Bakıda yaşayır", - sənətçi əlavə edib.

Rəqqasın bildirdiyinə görə, geridə qalan beş il ərzində "Azerbaijan Dance Festival 2026" festivalına mütəmadi dəvətlər alsa da, həmişə rədd edib. Lakin təqribən altı ay öncə gələn növbəti dəvəti bu dəfə dəyərləndirmək qərarına gəlib. Sənətçi yekun qərarını verməmişdən öncə Xankəndi şəhərində altıncı sinfə kimi bərabər təhsil aldığı məktəb yoldaşları ilə də məsləhətləşib.

"Onlar fərqli düşüncələrini bölüşdülər. Lakin hamısının ortaq nöqtəsi mənim üçün narahatlıq keçirmələri idi. Onları məhz bu xüsusiyyətlərinə görə sevirəm. Lakin anidən gəlmək istədiyimi dərk etdim. İçimdə belə bir istəyin yarandığını duydum. Mən gəlib burada rəqs etmək istəyirəm", - deyə xoreoqraf diqqətə çatdırıb.

Məlumat üçün bildirək ki, sənətçi bal rəqsləri kateqoriyasında üç dəfə Avropa, iki dəfə isə dünya çempionu adını qazanıb. O, oktyabr ayının 30-da xanımı Oksana ilə birgə "Azerbaijan Dance Festival 2026" tədbirində Bakı səhnəsində iki kompozisiya təqdim edəcəyini bildirib.
//oxu.az

Son xəbərlər