Mojo.az Banner
11:44 Sükan arxasında ailə mübahisəsi ölümcül ola bilər  |     11:33 Həyət evinin qarşısında bunu edənlərin diqqətinə – 12 min manat cərimə oluna bilərsiniz  |     11:28 Astroloqdan xəbərdarlıq: Bu ay plastik əməliyyatlardan uzaq durun  |     11:26 Pakistanda azərbaycanlı qızı təcavüzkarlara satan qadın saxlanıldı  |     11:24 İran rialının ucuzlaşması Azərbaycanda malları ucuzlaşdıracaq? Ekspertdən AÇIQLAMA  |     11:21 "TikTok" Azərbaycanda vergi uçotuna alındı  |     23:01 Robotla Bakının mərkəzində gəzdi - Video  |     22:55 Arıqlama dərmanı xərçəng riskini artırır? - Alimlərdən açıqlama  |     22:48 Putini qoruyan 4 nəfər kimdir?  |     22:42 Lənkəranda kişi atasını qaynar su ilə yandırdı  |     22:37 Son 48 ilin rekordu: Xəzərin aqibəti necə olacaq? - Ekoloq  |     22:30 Bakıda mühasib sahibkarı aldatdı, "vergi pulu"nu mənimsədi  |     22:25 Gəncədə işə düzəltmək adı ilə 33 min manatlıq dələduzluq  |     22:19 Bakıda 9 mərtəbəli binalardakı mənzillər 5 mərtəbələrdəkindən niyə bahadır? (VİDEO)  |     22:11 Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr  |     22:06 Naxçıvanda ağır qəza olub, xəsarət alanlar var  |     21:59 Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb  |     21:53 Azərbaycanda pensiyalar belə artırılacaq - Komitə sədri açıqladı  |     21:38 Futbol klubunun prezidenti başından güllələndi  |     21:30 Həbsdə olan 2 vəkil azadlığa buraxıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Amerikalı müğənni Azərbaycana mahnı həsr etdi - FOTO/VİDEO

02.07.2019 11:22 5 587
Amerikalı müğənni Azərbaycana mahnı həsr etdi - FOTO/VİDEO
Amerikalı vokal ifaçısı Kendra Morianın şəxsi “İnstagram” hesabındakı Azərbaycanla bağlı paylaşımı izləyicilərin diqqətini çəkib.

Moria lentə aldığı yeni mahnısını Azərbaycana həsr edib.

O, “Atəşgah”da, əbədi məşəlin fonunda çəkdirdiyi fotosu ilə birgə yayımladığı ifasını təqdim edib.

“Alov ölkəsi” başlığı ilə paylaşılan posta izləyicilərin əksəriyyəti xoş və müsbət reaksiyalar veriblər.

Moria Bakı üçün və burada olan dostları üçün çox darıxdığını qeyd edib.

Azərbaycanlı sosial şəbəkə istifadəçiləri müğənninin paylaşımının altında illər öncə burada yaşadığını unutmadığına və xoş xatirələrlə yada saldığına görə, minnətdarlığını bildiriblər.

Qeyd edək ki, Kendra Moria hazırda ABŞ-da ifaçılıq karyerasını davam etdirir. Kendra ailəsi ilə birgə uzun müddət Bakıda yaşayıb. Təhsilini davam etdirmək üçün müğənni yenidən Amerikaya dönmək məcburiyyətində qalıb. O, vətənində Azərbaycan mədəniyyətini və mətbəxini təbliğ edir.

Son dəfə paytaxtımıza 2018-ci ildə səfər edən Morianın Bakıya gəlişinin səbəbi isə “Youthvision-2017” beynəlxalq musiqi yarışmasında iştirakı olub.
/oxu.az/




скачать dle 11.3
Mojo.az Banner