Mojo.az Banner
16:14 Pensiya kapitallarında dəyişikliklə bağlı - Rəsmi açıqlama  |     16:00 Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib  |     15:59 Ermənistanda hərbçi güllələnərək öldürülüb  |     15:53 Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəldi  |     15:50 Bu ərazidə yenidən sürüşmə təhlükəsi yaranıb - VİDEO  |     14:25 Masazırda 4 maşın yandı  |     14:13 Bəzi rayonlara qar yağıb - FAKTİKİ HAVA  |     14:12 Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqləndi  |     14:11 Azərbaycan nefti ucuzlaşdı  |     14:09 Bakıda it sahibi tərəfindən döyüldü - Video  |     14:01 Ov mövsümü başladı  |     13:51 Naxçıvanda məşhur kafedə dava: Barmen pivə bakalını müştərinin başına çırpdı  |     13:48 Elektromobillər su maneələrini niyə ənənəvi avtomobillərdən daha yaxşı keçir? - Ekspert rəyi  |     13:47 İstanbulda 150 milyon lirəlik mərc şəbəkəsi ifşa olundu  |     13:43 Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib  |     13:18 Azərbaycanda LGBT-nin fəaliyyəti qadağan edilir  |     13:08 Qadını şantaj edən gənc həbs olundu  |     12:34 Mingəçevirdə bədbəxt hadisə: 52 yaşlı kişi öldü  |     23:01 Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək  |     22:56 Oktyabrın 10-11-i ilə bağlı ciddi xəbərdarlıq  |    
Mojo.az Avto
Mojo.az Avto

Beyləqandakı mal bazarında CİDDİ NÖQSANLAR aşkarlandı

24.10.2025 11:36 705
Beyləqandakı mal bazarında CİDDİ NÖQSANLAR aşkarlandı
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA), Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyinin və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Beyləqan rayonu İkinci Aşıqlı kəndində yerləşən heyvan bazarında monitorinq aparılıb. Monitorinq zamanı bazarda heyvanların saxlanılması, satış və daşınma prosesləri, həmçinin sanitar-gigiyenik vəziyyət yerində qiymətləndirilib.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, aparılmış yoxlamalar zamanı verilmiş göstərişlərə baxmayaraq, bazarda bəzi nöqsanlara yol verildiyi müəyyən edilib. Aşkarlanmış çatışmazlıqların aradan qaldırılması məqsədilə bazar sahibinə icrası məcburi göstərişlər verilib.

AQTA bildirir ki, heyvan bazarlarında müxtəlif mənşəli heyvanların bir yerdə saxlanılması, satış və daşınma prosesləri infeksiya törədicilərinin yayılmasına, bununla da ölkə ərazisində yoluxucu xəstəliklərin baş vermə riskinin artmasına səbəb ola bilər.

Bu risklərin qarşısının alınması məqsədilə, Respublikanın baş dövlət baytarlıq müfəttişinin imzaladığı müvafiq qərara əsasən, 2025-ci il 25 oktyabr tarixindən etibarən ölkə ərazisində fəaliyyət göstərən heyvan bazarlarında sağlamlaşdırma tədbirlərinin görülməsi üçün mərhələli şəkildə müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq.скачать dle 11.3
Mojo.az Banner