Mojo.az Banner
16:14 Sürücülərin NƏZƏRİNƏ: Görünüş məsafəsi MƏHDUDLAŞACAQ  |     15:41 May ayının son gününə olan hava proqnozu açıqlanıb  |     15:35 "Real Madrid" "Barselona"nın heyyətinə qatmaq istədiyi futbolçunu İSTƏYİR - Yeni siyahı  |     15:18 Bu tarixə qədər qarpız yeməyin! - Həkimdən xəbərdarlıq  |     15:17 ÇL-in finalına hansı kanallarda baxaq?  |     15:07 Qabiliyyət imtahanlarına qeydiyyat üçün son günlər  |     15:01 Qaxda 4 tondan artıq çətənə kolu aşkar edilib  |     14:51 Bakıda cinayətkar dəstə SAXLANILDI: İkisi qardaşdır - VİDEO  |     14:48 Kredit yükü ağırlaşır: Vətəndaş borcunu ödəyə bilməyəndə nə baş verir?  |     14:24 Sərhəddə ƏMƏLİYYAT: Narkotik və yüzlərlə psixotrop həb ələ keçirildi  |     22:59 Putin Ermənistanı hədələdi: Ukraynadakı böhran da belə başlamışdı  |     22:53 Murad Dadaşov oğluna toy edir  |     22:45 Övladlarımızı rəqəmsal mühitdən necə qorumalıyıq? - VİDEO  |     22:38 FAKTİKİ HAVA: Bir çox rayonlara dolu düşüb, intensiv yağıntı müşahidə edilir  |     22:30 Leyla Əliyeva övladları ilə - Video  |     22:23 Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ  |     22:15 Niderland hökuməti reper Kanye Uestlə bağlı qərarını verdi  |     22:07 Azərbaycanda məktəb direktoru vəfat etdi  |     22:01 Günəşdə güclü partlayış baş verib  |     21:52 Dağıstanda 40-dan çox yaşayış məntəqəsi işıqsız qalıb  |    
Left Banner
Right Banner

Kredit yükü ağırlaşır: Vətəndaş borcunu ödəyə bilməyəndə nə baş verir?

30.05.2026 14:48 429
Kredit yükü ağırlaşır: Vətəndaş borcunu ödəyə bilməyəndə nə baş verir?
İstehlak kreditlərinin artması fonunda bəzi vətəndaşlar aylıq ödənişləri vaxtında edə bilmir. Gecikən borclar isə zamanla həm faiz yükünü artırır, həm də insanları hüquqi problemlərlə üz-üzə qoyur.

Bir çox hallarda banklar borcun qaytarılması üçün məhkəməyə müraciət edir. Nəticədə vətəndaşın hesablarına həbs qoyula, əməkhaqqından tutulmalar edilə və ya ölkədən çıxışına məhdudiyyət tətbiq oluna bilir. Gəlirlərlə kredit yükü arasındakı balansın pozulması problemli kreditlərin artmasının əsas səbəblərindən biridir. Bəs niyə bank gəliri az olan, şəxslərə ödəyə bilməyəcəyi krediti verir?

Vətəndaş kredit borcunu ödəyə bilmədikdə hüquqi proses necə başlayır?

Bu problemin qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı Median.Az-ın suallarını cavablandıran bank üzrə ekspert, iqtisadçı Əkrəm Həsənov bildirib ki, Azərbaycanda iqtisadiyyat qeyri-şəffafdır.
Ə. Həsənovun sözlərinə görə, insanların xeyli hissəsinin gəlirlərinin ən azı bir hissəsi qeyri-rəsmidir. Bank da kredit verəndə onu həmişə obyektiv qiymətləndirə bilmir. Avropada vətəndaş banka gələndə, onun bütün gəliri, xərci görünür. Bizdə isə məsələn, müəllimlərin gəliri ancaq maaşı deyil, onlar repititorluqla da məşğuldur. Bu zaman bank onu da nəzərə alır. Müəllimlərin sabah repititorluqdan gələn gəliri azalıqda və s.

"İndiki dövrdə isə problem həm də başqadır. Bizdə banklar həmişə düzgün qiymətləndirə bilmir. Bu gün insanların gəlirləri azalır və xərcləri artır. Çünki ölkədə iqtisadi böhrandır, hər şeyin qiyməti artır", — deyə ekspert əlavə edib.

Mütəxəssis qeyd edib ki, Bakı-Tiflis qatarının qiyməti 2019-cu illə müqayisədə 4-5 dəfə artıb. Halbuki Mərkəzi Bank deyib ki, son 6-7 ildə infilyasiya cəmi 50 faizdir. Amma biz görürük ki, bu, 150 faizdir.

Problemli kreditlərin artma səbəbi açıqlayan Əkrəm Həsənov deyib ki, qiymətlər artır, insanların gəlirləri azalır və xərci artır. Belə bir böhran şəraitində də banklar düzgün qiymətləndirmə apara bilmirlər.

Bank üzrə ekspert vurğulayıb ki, vətəndaşlar kredit borcunu ödəyə bilmədikdə, hüquqi prosedur başlayır. Bank vətəndaşa bir neçə dəfə müraciət edir. İndi bankın da qanunlarına görə bu, 6 ay müddətinə edilib. Əvvəllər 3 il möhlət vardı. Həmin qanun layihəsinin müəllifi də mən olmuşam. Alman professoru Piter K. ilə bərabər hazırlamışıq.

Əkrəm Həsənovun fikrincə, banklar gözləyir və kreditlərin üzərinə faizlər gəlir. Bu zaman vətəndaşın yükü daha da artır və kreditini ödəyə bilmir. Məhkəmə də borcu hesablayır, vətəndaş da borcu gəliri və əmlakı hesabına ödəməlidir. Bu zaman vətəndaşın aylıq gəliri, maaş və pensiyanın 50 faizi tutula bilər. Lakin vətəndaşın heç nəyi yoxdursa, belə olan halda vətəndaşın ölkədən çıxışına qadağa qoyulur, bəzən cərimə və həbs də tətbiq edilə bilir. Düzdür, həbslər son zamanlar azalıb. Mən 10 il öncə, 2016-cı ildə bu məsələni qaldırmışdım və Avropa məhkəməsinə 3 hal üzrə şikayət etmişdim. 2022-ci ildə mən Avropa məhkəməsini uddum. Avropa İnsan Haqqları Məhkəməsi bildirdi ki, əgər vətəndaşın imkanı yoxdursa, borcunu vermir. Dövlət gərək sübut etsin ki, borc götürənin imkanı ola-ola borcunu ödəmir. Vətəndaş ancaq bu halda həbs edilə bilər. Avropa Məhkəməsinin qərarından sonra həbslərin sayı kəskin azalmışdı.

Mütəxəssis sonda problemin qarşısını almaq barədə danışıb:

"Ümumən, banklar çalışır ki, problemli kreditləri az versinlər. Eyni zamanda, həm də çalışırlar ki, belə olsun. Bəzən vətəndaşlar da şikayət edir ki, banklardan kredit ala bilmirik. Bu, ikibaşlı bir haldır. Geniş mənada isə ölkədə iqtisadiyyatı gücləndirib qaldırmaq lazımdır. Bu da qanundan keçir. Ölkədə gərək qanunçuluq olsun ki, sahibkarlıq da olsun. İnsanlar üçün iş yerləri açılmalı və maaşlar artırılmalıdı".

Dəniz Pənahova
Median.Az
скачать dle 11.3
Mojo.az Banner