Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

600 bal toplayan abituriyent niyə kəsilir? – Mütəxəssisdən açıqlama

07.09.2026 13:06 492
600 bal toplayan abituriyent niyə kəsilir? – Mütəxəssisdən açıqlama
Bu il keçirilən qəbul imtahanlarında yüksək nəticə göstərən abituriyentlərin bir qisminin ali məktəbə qəbul ola bilməməsi cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Xüsusilə 600-dən yüksək bal toplayan abituriyentlər arasında belə universitetə qəbul olmayanlar var. Bu hal yüksək balın avtomatik olaraq ali məktəbə qəbul zəmanəti vermədiyini bir daha gündəmə gətirib. Abituriyentlərin topladığı bal yüksək olsa da, seçdikləri ixtisasların plan yerlərinin məhdud olması, müsabiqə vəziyyəti və həmin ixtisaslara tələbat nəticəyə təsir göstərə bilər. Bəzi hallarda abituriyentin ixtisas seçimi zamanı yalnız topladığı bala deyil, həmin ixtisas üzrə formalaşan keçid ballarına və plan yerlərinin sayına da diqqət yetirməsi vacibdir. Bəs 600-dən yüksək bal toplayan abituriyent hansı hallarda ali məktəbə qəbul ola bilmir və bu vəziyyətin əsas səbəbləri nələrdir?

Bu barədə təhsil eksperti Əmrah Həsənli Median.Az-a açıqlama verib.

O deyib ki, bu il 87 mindən çox abituriyent müsabiqədə iştirak edib, 48 mindən çox şəxsin isə ali məktəblərə qəbul nəticəsi var:
“Plan yerlərinin 97 faizdən çoxu dolub. Xüsusilə III ixtisas qrupunda plan yerlərinin 99 faizindən çoxunun dolması həmin istiqamətdə rəqabətin kifayət qədər yüksək olduğunu göstərir. 600-dən yüksək bal toplayan abituriyentin ali məktəbə qəbul ola bilməməsi ilk baxışda paradoksal görünə bilər. Lakin burada əsas məsələ yalnız toplanan bal deyil, həmin balın hansı ixtisas üzrə və hansı rəqabət şəraitində istifadə olunmasıdır. Bəzi ixtisas qruplarında və ayrı-ayrı ixtisaslarda rəqabətin yüksək olması nəticəsində yüksək bal toplayan abituriyent belə seçdiyi ixtisaslar üzrə müsabiqədən keçməyə bilər”.

O deyib ki, burada digər mühüm amil ixtisas seçimidir:

“Abituriyent yüksək bal toplamasına baxmayaraq yalnız ən yüksək rəqabətli ixtisasları seçirsə, bu, onun alternativ imkanlarını məhdudlaşdırır. Dövlət İmtahan Mərkəzinin qaydalarına əsasən, abituriyent 15-dək ixtisas seçə bilər və bu ixtisasların ardıcıllığı da qəbul nəticəsinə təsir edən mühüm amillərdən biridir. Ona görə də yüksək bal toplamaq avtomatik olaraq istənilən ixtisasa qəbul olunmaq demək deyil. Qəbul sistemi yalnız bala əsaslanmır. Burada abituriyentin topladığı bal, ixtisas seçimi, həmin ixtisas üzrə plan yerlərinin sayı və rəqabətin səviyyəsi birlikdə nəzərə alınır. Bu məsələdə qəbul sistemində problem axtarmaqdan əvvəl abituriyentin ixtisas seçiminə yanaşmasını da təhlil etmək lazımdır. 600-650 bal toplayan abituriyent belə “balım yüksəkdir, mütləq qəbul olacağam” düşüncəsi ilə seçim etməməlidir. O, real qəbul şanslarını, rəqabəti və alternativ ixtisasları nəzərə almalıdır. Ümumilikdə, yüksək nəticə göstərən abituriyentlərin qəbuldan kənarda qalması bəzi ixtisaslar üzrə rəqabətin nə qədər yüksək olduğunu göstərir. Eyni zamanda bu vəziyyət plan yerlərinin ixtisaslar üzrə bölgüsünün və əmək bazarının tələblərinin mütəmadi şəkildə təhlil edilməsinin vacibliyini də bir daha ortaya qoyur”.

Aysel

Son xəbərlər