23:05 Noyabr bu BÜRCLƏR üçün çətin keçəcək  |     22:46 Bakıda ev YANDI  |     22:39 Daha bir icra hakimiyyətində əməliyyat - Müavin həbs edildi  |     22:33 Sumqayıtda avtomobil işıq dirəyinə çırpılaraq aşıb  |     22:25 "ChatGPT"yə iki mövzuda məsləhət vermək qadağan edilib  |     22:19 Moskva vilayətindən minlərlə miqrant deportasiya ediləcək  |     22:12 Bu məktəbdə dərslər dəhlizdə keçirilir - Video  |     21:53 Daha bir cüdoçumuz Avropa çempionu oldu  |     21:51 Qrenlandiya balinaları 200 il yaşaya bilir: Onlar bunu necə bacarır?  |     21:37 Prokurorluq Qaradağ RİH-ə girdi, müavin həbs edildi  |     21:27 Kirayə bazarında yeni dövr: Nələr dəyişəcək, kim nəzarət edəcək?  |     21:21 Ticarət mərkəzinin qarşısında təbii ehtiyacını ödəyən gənc cərimələndi: "Böyrəklərimdə problem var"  |     21:10 Smartfonun enerjisi çox tez tükənir? - Bu 2 saniyəlik fənd vəziyyəti dəyişə bilər  |     20:54 İranın F-35-ləri vurması yalan imiş - Deputat açıqladı  |     20:23 Bakıda küçə itinə yemək verən qadın DÖYÜLDÜ  |     20:00 "Bu problem MDB ölkələri üçün aktualdır" - Putin  |     19:53 Ağdaş sakini yaşadığı evdə ölü tapıldı  |     19:44 Ermənistanın üç dövlət məktəbində Azərbaycan dili tədris olunacaq  |     19:17 "Neftçi" "Kəpəz"ə qalib gəldi  |     19:09 Mbappe penaltini vura bilmədi, azarkeşin ürəyi dayandı  |    

Abituriyentlərə ŞAD XƏBƏR — Keçid balları aşağı SALINIR

“Bu il keçid balları 20-50 bal daha aşağı ola bilər”.

Median.Az
-ın Baku.ws-ə istinadən xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə deyib.

O bildirib ki, bunu ümumi nəticələri təhlil edərkən demək mümkündür, çünki bu il 650 və daha artıq bal toplayan abituriyentlərin sayı 143 nəfər olub. Onun sözlərinə görə, ötən il 650 və daha artıq bal toplayan abituriyentlərin sayı 369 nəfər idi. 600 və daha artıq bal toplayan abituriyentlərin sayı isə bu il 554 olub, ötən il bu rəqəm 880 nəfər idi: "Eyni zamanda bu il 200 və artıq daha bal toplayan abituriyentlərin sayı 10524, 150 və daha artıq bal toplayan abituriyentlərin sayı 15101-dir. Ötən il isə 200 və artıq daha bal toplayan abituriyentlərin sayı 13169, 150 və daha artıq bal toplayan abituriyentlərin sayı isə 16649 nəfər olub”.

DİM rəsmisinin sözlərinə görə, ancaq 230-240 bal toplayan abituriyentin 290 ballıq yer yazması riskli ola bilər: “Aşağı bal toplayan abituriyentlər 200 ballıq yerləri yazsalar daha yaxşı olar. Çünki əvvəllər II mərhələ üçün 3000-4000 plan yeri boş qalırdı. Ancaq yeni qaydalara görə, artıq subbakalavrlar da həmin yerlərə qəbul olmaq üçün seçim edəcəklər. Bu il 14 mindən artıq subbakalavr eyni vaxtda seçim edəcək”.

O qeyd edib ki, keçid balının formalaşması müsabiqə yekunlaşanda bilinir və bunun üçün bir sıra parametlər var: “Bu, ilk növbədə abituriyentlərin sayından, imtahan nəticələrindən və plan yerlərinin sayından asılıdır. Abituriyent jurnalları vasitəsilə qəbul planının yerlərinə baxmaq lazımdır. Məsələn, bu il I ixtisas qrupu üzrə 15223 qəbul planı ayrılıb, ötən il isə bu rəqəm 14475 idi, yəni bu il 748 plan yeri fərqi var. Dövlət sifarişli yerlərin sayında kəskin artım var. Bu il dövlət sifarişli qəbul yerlərinin sayı 9351-dir, ötən il isə bu rəqəm 5731 yer idi. Yəni ötən illə müqayisədə bu il 3620 yer artıqdır”.

Qeyd edək ki, ali məktəblərə ixtisas seçimi avqustun 6-da qədər davam edəcək.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 130 24.07.19 20:07