Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:03 Nazirin üstünə qışqıran hərbçiyə medal verildi | 18:59 Biləsuvarda ağır qəza: Motosikletçi həyatını itirdi | 18:47 Bıçaqlanan hamilə qadının vəziyyəti açıqlandı | 18:38 "Qarabağ"ın legioneri Qurban Qurbanov barədə: "Onun kimi mütəxəssislər azdır" | 18:28 İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı | 18:22 Azərbaycanda bir sıra məhsulların idxalına yeni gömrük rüsumları tətbiq ediləcək | 18:15 Külli miqdarda vergi ödəməkdən yayınmaqda şübhəli bilinən şəxs saxlanıldı | 17:59 Rusiyada keçmiş sevgilisini öldürən azərbaycanlı gəncin saxlanılma kadrları - Video | 17:48 Məktəblərdə 9 günlük payız tətili başlayır: Dərslər nə vaxt başlayacaq? | 17:31 Azad edilmiş ərazilərdə milyardlıq layihələrdə maliyyə yoxlaması aparılır | 17:29 Külək güclənəcək - XƏBƏRDARLIQ | 17:22 Ermənistanda saxlanılan Azərbaycan hərbçisi ilə bağlı ibtidai istintaq yekunlaşdı | 17:17 Hamilə qadın "ASAN Xidmət"in qarşısında qətlə yetirildi | 16:41 "TikTok"da icra başçısını söyən şəxs həbs edildi | 16:40 Meyvə şirəsi və enerji içkisi yükündə xüsusilə külli miqdarda metamfetamin aşkarlandı - VİDEO | 16:38 Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər | 16:16 Nurməhəmmədov Dvalişvili ilə insidentə görə həbs olundu | 16:11 Üç vəkilə xəbərdarlıq edildi, biri kollegiyadan çıxarıldı | 15:00 Hava kəskin dəyişir: Güclü yağış, dolu, qar xəbərdarlığı | 14:33 Bakıda baş redaktor həbs edildi - FOTO |
Mojo.az Avto
Mojo.az Avto

Kuryerə verdiyiniz əşya itərsə, zərəri kim ödəyəcək? - Hüquqşünas açıqladı

07.09.2026 12:56 447
Kuryerə verdiyiniz əşya itərsə, zərəri kim ödəyəcək? -  Hüquqşünas açıqladı
Çatdırılma xidmətlərindən istifadə son illərdə xeyli artıb. İnsanlar yalnız hazır yemək və müxtəlif məhsulların deyil, şəxsi əşyaların da bir ünvandan digərinə göndərilməsi üçün kuryer xidmətlərinə müraciət edirlər. Bu üsul vaxt baxımından əlverişli olmaqla yanaşı, nəqliyyat və məsafə problemini də müəyyən qədər aradan qaldırır.

Bununla belə, şəxsi əşyaların kuryer vasitəsilə göndərilməsi zamanı təhlükəsizlik və məsuliyyət məsələləri də gündəmə gəlir. Xüsusilə platformalar vasitəsilə sifariş qəbul edən fərdi kuryerlərlə bağlı hallarda müştərilərin əşyalarının vaxtında çatdırılmaması, itməsi və ya mənimsənilməsi ilə bağlı narahatlıqlar yaranır. Belə vəziyyətlərdə vətəndaşın dəymiş zərərin kim tərəfindən qarşılanacağı ilə bağlı sualları ortaya çıxır.

Məsələ ilə bağlı hüquqşünas Rəhim Xoyski Median.Az-a açıqlamasında bildirib ki, çatdırılmaq üçün sürücüyə və ya kuryerə həvalə edilmiş əşyanın mənimsənilməsi cinayət məsuliyyətinə səbəb ola bilər:

“Cinayət Məcəlləsinə əsasən, təqsirkara etibar edilmiş özgə əmlakını talama (mənimsəmə) cinayət sayılır. Vurulan ziyanın miqdarından və törədilmə şəraitindən asılı olaraq, şəxs cərimə, ictimai işlər, azadlığın məhdudlaşdırılması və ya 2 ildən 14 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər. Müştəri qarşısında maddi ziyanın ödənilməsi öhdəliyi əksər hallarda çatdırılmanı təşkil edən platformanın üzərinə düşür. Mülki Məcəlləyə görə, hüquqi və ya fiziki şəxs öz işçisinin əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı vurduğu zərərin əvəzini ödəməlidir. Qanunvericilik "işçi" dedikdə yalnız əmək müqaviləsi ilə işləyənləri deyil, həm də mülki hüquq müqaviləsi (məsələn, xidmət müqaviləsi) üzrə iş görən fiziki şəxsləri də nəzərdə tutur (əgər onlar şirkətin tapşırığı və nəzarəti altında hərəkət edirlərsə). Bu o deməkdir ki, kuryer "fərdi sahibkar" olsa belə, platforma onun vurduğu zərərə görə müştəri qarşısında məsuliyyət daşıya bilər. Daşıyıcı yükü (əşyanı) qəbul etdiyi andan təslim edənədək onun qorunub saxlanılması və itməməsi üçün məsuliyyət daşıyır. Əşya mənimsənildikdə, daşıyıcı (və ya vasitəçi platforma) müştəriyə dəymiş zərəri kompensasiya etməlidir”.

Aysel

Son xəbərlər