Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Tikinti şirkəti mənzili gecikdirərsə, alıcı nə tələb edə bilər? – Hüquqşünas açıqladı

12.08.2026 12:56 402
Tikinti şirkəti mənzili gecikdirərsə, alıcı nə tələb edə bilər? – Hüquqşünas açıqladı
Son zamanlar vətəndaşların tikinti şirkətlərindən mənzil alarkən üzləşdiyi problemlər arasında təhvil müddətinin gecikdirilməsi də xüsusi yer tutur. Bəzi hallarda alıcılar müqavilədə göstərilən tarixdə mənzillərini təhvil ala bilmirlər. Bu isə onların həm əlavə xərclərlə üzləşməsinə, həm də planlarının dəyişməsinə səbəb olur. Xüsusilə uzunmüddətli gecikmələr vətəndaşlarla tikinti şirkətləri arasında narazılıqların yaranmasına gətirib çıxarır.

Bəs belə hallarda alıcıların hansı hüquqları var və tikinti şirkətləri gecikməyə görə məsuliyyət daşıyırmı?

Hüquqşünas Əkrəm Həsənov bu barədə Median.Az-a açıqlama verib.

O deyib ki, tikinti şirkəti ilə alıcı arasında bağlanan müqavilədə mənzilin təhvil verilmə müddəti pozulduğu halda tətbiq olunacaq məsuliyyət tədbirləri əvvəlcədən göstərilir:

“Əgər şirkət mənzili müqavilədə nəzərdə tutulan vaxtda təhvil verməzsə, müqavilədə qeyd olunan cərimə, dəbbə pulu və ya digər öhdəliklər qüvvəyə minir və vətəndaş həmin məbləğin ödənilməsini tələb edə bilər. Müqavilədə bu məsələ ilə bağlı hər hansı müddəa nəzərdə tutulmayıbsa, bu, vətəndaşın hüquqlarının itirilməsi demək deyil. Belə halda alıcı məhkəməyə müraciət edərək gecikmə nəticəsində ona dəymiş maddi ziyanın ödənilməsini tələb etmək hüququna malikdir”.

O bildirib ki, dəymiş ziyanın məbləği konkret vəziyyətdən asılı olaraq müəyyən edilir:

“Məsələn, vətəndaş mənzil vaxtında təhvil verilmədiyi üçün kirayədə yaşamağa məcbur olubsa, ödədiyi kirayə haqqının tikinti şirkəti tərəfindən qarşılanmasını tələb edə bilər. Gecikmə səbəbindən yaranmış və sənədlərlə təsdiqlənən digər maddi itkilər də məhkəmə qaydasında tələb oluna bilər. Əgər müqavilədə gecikməyə görə cərimə və ya dəbbə pulu nəzərdə tutulubsa, vətəndaş həmin məbləğin də tikinti şirkətindən tutulmasını məhkəmə vasitəsilə tələb edə bilər”.

Aysel Elnur

Son xəbərlər