"Qarabağ"ın legioneri Qurban Qurbanov barədə: "Onun kimi mütəxəssislər azdır"
"Qarabağ"ın ukraynalı futbolçusu Aleksey Kaşuk komandanın baş məşqçisi Qurban Qurbanov barədə fikirlərini bölüşüb.
26 yaşlı vinger bu barədə Ukraynanın "UkrFootball" nəşrinə müsahibəsində danışıb.
Kaşuk təcrübəli mütəxəssisin həm futbolçu, həm də məşqçi kimi böyük nüfuza malik olduğunu bildirib:
"Qurban Qurbanov həm futbolçu, həm də məşqçi kimi əfsanədir. O, uzun illərdir klubda çalışır. Dünya futbolunda bir komandada bu qədər uzun müddət qalan mütəxəssislərin sayı çox deyil. Ona bu istiqamətdə rekordlar müəyyənləşdirmək üçün güc və sağlamlıq arzulayıram.
Azərbaycan və "Qarabağ" klubu üçün çox iş görüb. O, yaxşı mənada əsl rəhbərdir. Gördüyü böyük iş sayəsində komandanı tamamilə başqa səviyyəyə yüksəldib".
Ukraynalı futbolçu Ağdam klubunun uzun illər Avropada mübarizə aparmasını Qurban Qurbanovun əməyinin nəticəsi kimi dəyərləndirib:
"Bir insan uzun müddət eyni klubda qalırsa, deməli, işini düzgün görür. Nəticələr də bunu təsdiqləyir. "Qarabağ" on ildən artıq müddətdə ardıcıl olaraq avrokubokların qrup mərhələsində çıxış edib. Bu, kənardan adi və asan görünə bilər. Ancaq həmin mərhələyə çatmaq üçün komandanın neçə təsnifat mərhələsi keçdiyini hesablasaq, bunun nə qədər çətin olduğunu anlayarıq. Bu, böyük zəhmət və ciddi səy tələb edir".