Mojo.az — elanlar
Son Xəbərlər
23:01 Pensiyası kəsilənlərin nəzərinə  |     22:56 Bu 4 bürcün kişiləri sevdisə vaz keçmir - ADLAR  |     22:44 Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi (SİYAHI)  |     22:39 Nişanlı məhkumun cəzasının qalan hissəsi bağışlandı - Toyu olacaq  |     22:34 Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları  |     22:27 10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?  |     22:20 Erkən nikah bəlası: Psixoloji travmalar, məcburi qərarlar və çıxış yolları  |     22:15 "Dubayda tutulmuşam" deyib əlavə pul aldı - Məhkəmədən amnistiya qərarı  |     22:08 Qonşusunu boğazından sıxan 67 yaşlı kişi cərimə edildi  |     22:02 Azərbaycanlıların bu il ən çox getdiyi ölkələr açıqlandı  |     21:55 Xolesterini azaldan qidalar: Kardioloq payızın ən faydalı tərəvəzini açıqladı  |     21:50 Qızılın qiyməti oktyabrın 14-dən bəri ən aşağı səviyyədədir  |     21:42 Bu serialın heyətində dəyişiklik ediləcək  |     21:37 Autizmli uşağı döyən müəllim üzr istədi - VİDEO  |     21:30 DSMF pensiyaların bərpası və yenidən təyini qaydalarını açıqıadı  |     21:24 8 ayda aldadılan istehlakçıların sayı açıqlandı  |     21:15 Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanıldı  |     21:09 Türkiyə-Ermənistan sərhədi açılır?  |     21:00 "Konstitusiya məsələsi Azərbaycanla müzakirə olunmur" - Baş nazir  |     20:47 Azərbaycanda keçiriləcək U-20 dünya çempionatının tarixləri açıqlandı - Rəsmi  |    
Mojo.az Avto
Mojo.az Avto

Təmirə verdiyiniz əşya itərsə, nə etməlisiniz? – Hüquqşünas açıqladı

19.08.2026 11:31 321
Təmirə verdiyiniz əşya itərsə, nə etməlisiniz? – Hüquqşünas açıqladı
Mobil telefon, noutbuk, məişət texnikası və digər əşyaların təmir üçün ustalara və ya servis mərkəzlərinə təhvil verilməsi gündəlik rast gəlinən hallardandır. Lakin bəzi hallarda təmirə verilən əşya vaxtında geri qaytarılmır, müxtəlif bəhanələrlə proses uzadılır, hətta əşyanın itdiyi və ya qaytarılmasının mümkün olmadığı bildirilir. Belə vəziyyətlərdə vətəndaşların hansı hüquqlara malik olduğu, xidmət göstərən şəxsin məsuliyyəti və hüquqların necə müdafiə oluna biləcəyi aktual məsələyə çevrilir. Təmirə verilən əşya geri qaytarılmadıqda istehlakçı hansı hüquqi addımları ata bilər, hüququnu qorumaq üçün hansı sənədlər və sübutlar vacib hesab olunur?

Vəkil Vamiq Şükürov Median.Az-a açıqlamasında deyib ki, vətəndaşların tez-tez qarşılaşdığı problemlərdən biri də təmir üçün verilən mobil telefon, məişət texnikası və digər əşyaların vaxtında geri qaytarılmaması və ya ümumiyyətlə itməsi ilə bağlıdır:

“Belə hallarda istehlakçıların hansı hüquqlara malik olduqlarını və hansı hüquqi addımları ata biləcəklərini bilmək vacibdir. Ümumiyyətlə, mobil telefonlar, məişət texnikası və digər oxşar əşyalar satılarkən satıcı və ya istehsalçı tərəfindən zəmanət (qarantiya) sənədi təqdim olunur. Həmin sənəddə nəzərdə tutulan müddət ərzində, adətən bir ildən az olmayan zəmanət dövründə, əşyanın işləkliyində problem yaranarsa, nasazlıq satıcı və ya istehsalçı tərəfindən aradan qaldırılmalıdır. Lakin zəmanət sənədlərində qarantiya şərtlərinə aid olmayan hallar da göstərilir. Məsələn, əşyanın suya düşməsi, yanğın nəticəsində zədələnməsi və ya istifadə qaydalarının pozulması kimi hallarda zəmanət qüvvədə olmur. Buna görə də vətəndaşlar zəmanət sənədini diqqətlə oxumalı, orada qeyd olunan şərtlərlə tanış olmalıdırlar”.

O qeyd edib ki, əgər zəmanət verilmiş əşya nasazlıq səbəbindən satıcının və ya istehsalçının servis mərkəzinə təmir üçün təqdim edilirsə, mütləq təhvil-təslim aktı tərtib olunmalıdır:

“Həmin aktda bir sıra mühüm məlumatların düzgün əks etdirilməsinə diqqət yetirilməlidir. İlk növbədə aktda təmirə verilən əşyanın adı, modeli, seriya nömrəsi və digər fərqləndirici xüsusiyyətləri qeyd edilməlidir. Bundan başqa, əşyanın təmirə verildiyi andakı vəziyyəti – ön və arxa korpusunun görünüşü, işləyən və işləməyən hissələri, mövcud cızıqlar və digər xüsusiyyətlər də dəqiq şəkildə göstərilməlidir. Bu məlumatlar sonradan hər hansı mübahisə yarandıqda istehlakçının öz hüquqlarını müdafiə etməsi və əşyanın hansı vəziyyətdə təmirə təhvil verildiyini sübut etməsi baxımından mühüm əhəmiyyət daşıyır. Belə aktın tərtib olunması xidmət göstərən müəssisənin və ya servisin məsuliyyətdən yayınmasının qarşısını alır. Aktın bir nüsxəsi mütləq istehlakçıda qalmalı və sonadək saxlanılmalıdır. Bu sənəd mümkün hüquqi mübahisələr zamanı əsas sübutlardan biri hesab olunur. Eyni zamanda, vətəndaşlara tövsiyə olunur ki, təmir üçün əşyalarını etibarlı və nüfuz qazanmış servis mərkəzlərinə həvalə etsinlər. Belə servis mərkəzlərində xidmət haqqı nisbətən yüksək ola bilər. Lakin onların peşəkar fəaliyyəti, məsuliyyətli yanaşması və istehlakçılar arasında formalaşmış etibarı gələcəkdə yarana biləcək problemlərin qarşısını almağa kömək edir”.

Aysel Elnur

Son xəbərlər