Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Paytaxtda investisiya üçün ən yaxşı ərazilər AÇIQLANDI

19.08.2026 11:24 900
Paytaxtda investisiya üçün ən yaxşı ərazilər AÇIQLANDI
Son illər Bakıda daşınmaz əmlak bazarında müşahidə olunan qiymət artımı mənzil alışına marağı daha da artırıb. Artıq alıcıların əksəriyyəti evi yalnız yaşayış məqsədilə deyil, həm də gələcəkdə qazanc əldə etmək üçün investisiya vasitəsi kimi dəyərləndirir. Yeni metro stansiyalarının tikintisi, nəqliyyat infrastrukturunun genişləndirilməsi, urbanizasiya prosesləri və paytaxtın müxtəlif ərazilərində həyata keçirilən yenidənqurma layihələri bəzi yaşayış məntəqələrini investorlar üçün daha cəlbedici edir. Bəs hazırda Bakının hansı ərazilərində mənzil almaq investisiya baxımından daha sərfəlidir?

İnşaat və şəhərsalma məsələləri üzrə ekspert Muxtar Ərturan Median.Az-a bildirib ki, Bakıda investisiya məqsədilə mənzil alarkən ən vacib meyar gələcəkdə həmin əmlakın dəyərinin artması və kirayə potensialının yüksək olmasıdır:

“Bu baxımdan şəhərin mərkəzi hissəsində yerləşən, dənizə və şəhər panoramasına açılan mənzillər daha üstün hesab olunur. Xüsusilə Sahil və ətraf ərazilər, Ağ Şəhər, Dənizkənarı Bulvara yaxın lokasiyalar, həmçinin yüksək mərtəbələrdən Xəzər dənizinə panoramik mənzərəsi olan layihələr uzunmüddətli perspektivdə daha çox dəyər qazanır. Bununla yanaşı, nəqliyyat əlçatanlığı, inkişaf etmiş infrastruktur, premium yaşayış kompleksləri və həmin ərazilərdə yeni biznes və turizm layihələrinin həyata keçirilməsi də mənzilin investisiya cəlbediciliyini artıran əsas amillərdir”.
O deyib ki, belə mənzillərə həm yerli, həm də xarici alıcılar tərəfindən tələbat yüksək olduğundan onların satış və kirayə bazarında likvidliyi də daha yüksək olur:

“Ona görə də investisiya baxımından seçim edilərkən ilk növbədə şəhərin mərkəzində yerləşən, dəniz mənzərəli və panoramik görünüşə malik, gələcək inkişaf potensialı yüksək olan ərazilərə üstünlük verilməsi daha məqsədəuyğun hesab olunur. Bu tip daşınmaz əmlak həm kapital artımı, həm də sabit kirayə gəliri baxımından daha sərfəli investisiya sayılır”.

Aysel Elnur

Son xəbərlər