Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Ev almaq istəyənlər oxusun – Qiymətlər bu tarixədək enməyəcək

14.07.2026 11:29 513
Ev almaq istəyənlər oxusun – Qiymətlər bu tarixədək enməyəcək
Azərbaycanda mənzil bazarında ziddiyyətli vəziyyət yaranıb. Belə ki, satıcılar alıcı tapmaqda çətinlik çəkdiklərini deyir, alıcılar isə qiymətlərin əlçatmaz olduğunu bildirirlər. Qeyd olunur ki, mənzillərin qiymətlərində nəzərəçarpacaq ucuzlaşma müşahidə olunmur.

Bəs bazarda bu vəziyyətin səbəbi nədir? Qiymətlər niyə enmir və yaxın dövrdə dəyişiklik gözlənilirmi?

Median.Az xəbər verir ki, Globalinfo.az-a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc mənzillərin və ümumilikdə daşınmaz əmlakın qiymətlərinin artması təsadüfi deyil deyib.

"Bu, iqtisadi proseslərin məntiqi nəticəsidir. Hazırda daşınmaz əmlak investisiya cəlbediciliyi baxımından digər istiqamətləri geridə qoyaraq prioritet sahəyə çevrilib. Həm sahibkarlar, həm də vətəndaşlar sərbəst vəsaitlərini əsasən bu sahəyə yönəldirlər. Mənzil bazarında tələb və satış əvvəlki dövrlərlə müqayisədə müəyyən qədər azalsa da, investisiya cəlbediciliyi qiymətlərin ucuzlaşmasına imkan vermir. Bunun əsas səbəblərindən biri tikintinin maya dəyərinin ildən-ilə artmasıdır. Digər amil isə torpaq sahələrinin məhdud olmasıdır. Torpaq qiymətləri yüksəldikcə, həmin ərazilərdə inşa edilən binaların ümumi maya dəyəri də artır. Bundan başqa, tikinti sahəsində normativlərin və tələblərin sərtləşdirilməsi də xərclərin artmasına səbəb olur. Müasir tikinti standartlarının tətbiqi, prosedurlara və təhlükəsizlik qaydalarına nəzarətin gücləndirilməsi nəticədə mənzillərin bazara daha yüksək qiymətlə çıxarılmasına gətirib çıxarır”.

Ekspert bildirib ki, qiymət artımına təsir edən digər amil alternativ investisiya istiqamətlərinin kifayət qədər cəlbedici olmamasıdır:

"Bu səbəbdən daşınmaz əmlak investisiya üçün əsas seçim olaraq qalır ki, bu da qiymətlərin yüksəlməsini şərtləndirir. Eyni zamanda, inflyasiya, manatın alıcılıq qabiliyyəti və ölkədə iqtisadi aktivlik də qiymətlərə təsir göstərən əsas amillərdəndir. Bu baxımdan, yaxın dövrdə də qiymət artımının davam edəcəyi gözlənilir. Qiymətlərə təsir edən mühüm şərtlərdən biri də Bakı şəhərinin 2040-cı il Baş Planına uyğun olaraq qəzalı və istismar müddəti başa çatmış binaların sökülməsidir. Bu proses nəticəsində həmin binaların sakinləri yeni mənzil almaq üçün bazara üz tuturlar. Eyni zamanda, onların yerində inşa olunan yeni binaların maya dəyəri yüksək olduğundan bazara daha bahalı mənzillər təklif edilir. Beləliklə, alqı-satqı əməliyyatlarının sayında müəyyən azalma müşahidə olunsa da, qiymət artımı davam edir. Mövcud proqnozlara əsasən, 2026-cı ilin sonunadək bu tendensiya qorunacaq və 2027-ci ildə də davam edəcək.

Nə qədər ki, alternativ investisiya istiqamətləri formalaşmayıb və vətəndaşlar, eləcə də sahibkarlar sərbəst vəsaitlərini daha çox daşınmaz əmlaka yönəldirlər, bu sahə investisiya baxımından üstün mövqeyini saxlayacaq. Bu meyl xüsusilə pandemiyadan sonra daha da güclənib. Pandemiya dövrü daşınmaz əmlakın etibarlı investisiya vasitəsi olduğunu göstərdi. Qiymət artımı və icarədən gəlir əldə etmək imkanı bu sahəyə marağı daha da artırdı. İnflyasiya və digər iqtisadi amillər nəzərə alındıqda daşınmaz əmlakdakı qiymət artımı real ifadədə o qədər də yüksək deyil. Lakin bazarda qiymətləndirmə nominal rəqəmlərlə aparılır. Məsələn, əgər mənzilin qiyməti dünən 100, bu gün 120 manatdırsa, bu, qiymət artımı deməkdir. Pulun zaman dəyəri və mürəkkəb faiz kimi maliyyə hesablamaları daşınmaz əmlak bazarında qiymətlərin formalaşmasını müəyyən edən əsas meyar hesab olunmur”.

Son xəbərlər