Mojo.az — elanlar
Son Xəbərlər
23:01 Pensiyası kəsilənlərin nəzərinə  |     22:56 Bu 4 bürcün kişiləri sevdisə vaz keçmir - ADLAR  |     22:44 Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi (SİYAHI)  |     22:39 Nişanlı məhkumun cəzasının qalan hissəsi bağışlandı - Toyu olacaq  |     22:34 Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları  |     22:27 10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?  |     22:20 Erkən nikah bəlası: Psixoloji travmalar, məcburi qərarlar və çıxış yolları  |     22:15 "Dubayda tutulmuşam" deyib əlavə pul aldı - Məhkəmədən amnistiya qərarı  |     22:08 Qonşusunu boğazından sıxan 67 yaşlı kişi cərimə edildi  |     22:02 Azərbaycanlıların bu il ən çox getdiyi ölkələr açıqlandı  |     21:55 Xolesterini azaldan qidalar: Kardioloq payızın ən faydalı tərəvəzini açıqladı  |     21:50 Qızılın qiyməti oktyabrın 14-dən bəri ən aşağı səviyyədədir  |     21:42 Bu serialın heyətində dəyişiklik ediləcək  |     21:37 Autizmli uşağı döyən müəllim üzr istədi - VİDEO  |     21:30 DSMF pensiyaların bərpası və yenidən təyini qaydalarını açıqıadı  |     21:24 8 ayda aldadılan istehlakçıların sayı açıqlandı  |     21:15 Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanıldı  |     21:09 Türkiyə-Ermənistan sərhədi açılır?  |     21:00 "Konstitusiya məsələsi Azərbaycanla müzakirə olunmur" - Baş nazir  |     20:47 Azərbaycanda keçiriləcək U-20 dünya çempionatının tarixləri açıqlandı - Rəsmi  |    
Mojo.az Avto
Mojo.az Avto

Qapalı məkanlarda siqaret çəkənlər cərimələnə bilər – Hüquqşünas

19.08.2026 11:34 441
Qapalı məkanlarda siqaret çəkənlər cərimələnə bilər – Hüquqşünas
Türkiyənin İstanbul şəhərində qapalı məkanlarda siqaret çəkmə qadağasının pozulmasına qarşı nəzarət tədbirləri gücləndirilib. Rəsmi məlumatlara görə, son 5 il ərzində qaydaları pozan müəssisələrə ümumilikdə 694 milyon 666 min 994 lirə inzibati cərimə tətbiq olunub. Bu təcrübə Azərbaycanda da qapalı məkanlarda siqaret qadağasına nəzarətin daha da sərtləşdirilməsi məsələsini yenidən gündəmə gətirib.

Mövzu ilə bağlı Median.Az-a danışan iqtisadçı-ekspert Əkrəm Həsənov bildirib ki, Azərbaycanda qapalı məkanlarda siqaret çəkilməsinə görə nəzərdə tutulan cərimələrin məbləği elə də yüksək deyil:

“Lakin burada əsas problem cərimənin məbləğindən çox, qanunun tətbiq edilməməsidir. Mövcud qanunvericilikdə bununla bağlı normalar nəzərdə tutulsa da, praktikada onların icrasına kifayət qədər ciddi nəzarət olunmur. Nəticədə qanun faktiki olaraq işlək mexanizmə çevrilmir. Əvvəlcə mövcud qanunun icrası təmin edilməli, nəzarət mexanizmləri gücləndirilməli və pozuntulara görə cərimələr ardıcıl şəkildə tətbiq olunmalıdır”.
O qeyd edib ki, yalnız bundan sonra bu tədbirlərin effektiv olub-olmadığını qiymətləndirmək mümkündür:

“Əgər qanun tam şəkildə tətbiq edildiyi halda yenə də pozuntular davam edərsə və bunun çəkindirici təsiri kifayət etməzsə, o zaman cərimələrin artırılması məsələsinə baxmaq olar. Hazırkı vəziyyətdə isə cərimələrin məbləğinin az və ya çox olması barədə qəti fikir söyləmək düzgün deyil. Çünki problem cərimənin məbləğində deyil, onun tətbiq edilməməsindədir. Qanun kağız üzərində mövcuddur, lakin icra mexanizmi zəif olduğundan faktiki olaraq ölü qanun təsiri bağışlayır”.

Aysel Elnur

Son xəbərlər