Mojo.az Banner
15:59 Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı  |     15:57 Taksidə tapdığı telefonla 5 min manatdan çox pul ələ keçirdi  |     15:54 Evlərdən 29 min manatlıq oğurluq edilib - VİDEO  |     15:46 Azərbaycan Ukraynaya enerji avadanlıqları göndərdi  |     15:42 Vətəndaşlar banklara milyonlarla manat pul qoyublar - RƏQƏMLƏR  |     15:34 Marketin liftinin fəaliyyəti dayandırıldı - Video  |     15:29 Oğuzda iki maşın toqquşdu - Ölən var  |     15:23 Bakının mərkəzində aylardır qazılan yol təmir edilmir - Video  |     15:15 Beynəlxalq dil sertifikatlarından 11-i saxta çıxdı  |     15:10 Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişmədi  |     15:09 Məşhur fransalı musiqiçi 50 yaşında vəfat etdi  |     15:01 Cinayətdə şübhəli bilinən 42 nəfər saxlanıldı  |     14:54 Çayda batma təhlükəsi ilə üzləşən 23 yaşlı oğlan xilas edildi - Video  |     14:49 TƏBİB-in rəhbəri baş həkimi işdən çıxardı - FOTO  |     14:43 Güclü zəlzələ Yaponiyada 13 nəfərin həyatına son qoydu  |     14:35 Portuqaliyada "itkin düşən" azərbaycanlı tapıldı - Telefonu işləmirmiş  |     14:27 Ətin qiyməti bahalaşıb - Video  |     14:08 "E-manat"ın sahibinin dövlətə külli miqdarda borcu yaranıb  |     14:05 Zaqatalada dönərdən KÜTLƏVİ ZƏHƏRLƏNMƏ  |     13:55 Sabahdan bu ərazilərdə qaz olmayacaq  |    
Left Banner
Right Banner

İş yerində siqaret çəkənləri cərimələməkdənsə, qanunun tam icrasına nail olmaq lazımdır - ŞƏRH

21.08.2019 11:57 5 229
İş yerində siqaret çəkənləri cərimələməkdənsə, qanunun tam icrasına nail olmaq lazımdır - ŞƏRH
Rusiya Səhiyyə Nazirliyi iş yerində siqaret çəkən şəxslərin məvacibinin azaldılmasını təklif edib. Təklifə əsasən, vətəndaşlar iş vaxtı siqaret çəkərsə, cərimə kimi maaşlarından kəsilə bilər.

Səhiyyə Nazirliyi bu addımla ölkə ərazisində siqaret çəkənlərin sayını azaltmaq niyyətindədir.

Bəs Azərbaycanda belə bir təşəbbüsün həyata keçirilməsi mümkündür?

Məsələ ilə bağlı Oxu.Az-a danışan iqtisadçı Vüqar Bayramov Azərbaycanda belə bir təşəbbüsün məqsədəuyğun olmadığını bildirib:

"Azərbaycanda qapalı yerlərdə siqaret çəkilməsi qadağandır. Təbii ki, bura qapalı iş yerləri də daxildir. Ümumiyyətlə, iş yerində siqaret çəkilməsinə görə cərimələrin tətbiqinə çox az ölkələrdə rast gəlinir".

Ekspert qeyd edib ki, Azərbaycanda ictimai və qapalı yerlərdə siqaret çəkilməsi qadağan olunsa da, reallıqda bu qanun və qadağalar işləmir. Müşahidələr göstərir ki, qapalı yerlərdə kifayət qədər siqaret çəkilir:

"Hətta qapalı restoranlarda siqaret çəkilməsi digər vətəndaşların sağlamlığına praktiki olaraq ziyan vurur. Ona görə də bu gün Azərbaycan üçün ən vacib məsələ məhz qapalı yerlərdə siqaret çəkilməsinin qadağan edilməsini nəzərdə tutan qanunun işləməsinə nail olmaqdır".

O hesab edir ki, Azərbaycanda hələlik iş yerlərində siqaret çəkənlərin cərimələnməsi praktikasının tətbiqi məqsədəuyğun deyil:

"Ən yaxşısı, qanunun tam icrasına nail olmaqdır. Yəni kimliyindən asılı olmayaraq, hər bir vətəndaşa qapalı yerlərdə siqaret çəkilməsinin qadağan olunması və buna əməl etməyən sahibkarlara qarşı xüsusi cərimələrin müəyyənləşdirilməsinə nail olmaq lazımdır. Çünki hələ də vətəndaşlar qapalı yerlərdə siqaret çəkirlər. Hətta onlara sahibkarlar tərəfindən şərait yaradılır. Nəticədə, siqaret çəkilməsindən narahat olan digər vətəndaşlar buna etiraz edə bilmir.

Əgər reallıqda qapalı yerlərdə siqaret çəkilməsinə qadağa tətbiq olunmursa, o zaman cərimələrin tətbiqindən danışmağa dəyməz. Bir daha qeyd edim ki, ən əsası, mövcud qadağanın tətbiq olunması istiqamətində həm hüquqi bazanın müəyyənləşməsi, həm də nəzarətin gücləndirilməsidir”.скачать dle 11.3
Mojo.az Banner