Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Bunu edənlər 100-800 manat məbləğində CƏRİMƏLƏNƏCƏK – VİDEO

13.07.2021 17:39 795
Bunu edənlər 100-800 manat məbləğində CƏRİMƏLƏNƏCƏK – VİDEO
Bu gün açıq havada maska taxmaq qadağası olmasa da, qapalı məkanlarda bu məcburiyyət hələ də var. Məhz bu səbəbdən polis orqanları tərəfindən mütəmadi olaraq qapalı məkanlarda tibbi maskadan düzgün istifadə ilə bağlı nəzarət-profilaktik tədbirlər həyata keçirilir.

Bununla əlaqədar olaraq ötən gün Bakı Metropoliteninin “28 may” stansiyasında reyd keçirilib və maskadan düzgün istifadə etməyən vətəndaşlara xəbərdarlıq edilib.

Daxili İşlər Nazirliyinin əməkdaşları qapalı məkanlarda maska taxmayanlara qarşı reyd keçiriblər. Polis əməkdaşları metronun “28 May” stansiyasında maskadan düzgün istifadə etməyən şəxlərlə profilaktik söhbət aparıblar. Həmin şəxslərə maskadan düzgün istifadə etməyin vacibliyi izah olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev jurnalistlərə açıqlamasında bildirib ki, COVID-19-un yayılmasının qarşısını almaq məqsədilə mütəmadi olaraq nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Qeyd edək ki, tibbi maskadan istifadə etməməyə görə nəzərdə tutulan cərimənin miqdarı qaydaları pozanın fiziki, vəzifəli və hüquqi şəxs olmasından asılı olaraq, 100-800 manat arasında dəyişir.скачать dle 11.3
Mojo.az Banner