Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda bəzi təşkilatların hesablarına kiberhücum olub

18.08.2026 21:50 405
Azərbaycanda bəzi təşkilatların hesablarına kiberhücum olub
Milli CERT Azərbaycanda fəaliyyət göstərən bir sıra qurum və təşkilatların istifadəçi hesablarına koordinasiyalı giriş cəhdləri qeydə alıb.

Müşahidələrə görə, kiberhücumçular istifadəçi hesablarına icazəsiz girişi müxtəlif üsullarla həyata keçirirlər.

Onlar xarici IP ünvanlarla yanaşı, trafikini Azərbaycan ərazisindən daxil olan legitim bağlantı kimi göstərmək və mümkün coğrafi məhdudiyyətlərdən yayınmaq məqsədilə Azərbaycan IP ünvanları təqdim edən "VPN" və proksi infrastrukturlarından da istifadə edirlər.

Kiberhücumların əsas məqsədi “Microsoft 365”, eləcə də digər e-poçt mühitlərinə icazəsiz giriş əldə etməklə qurum və təşkilatlara məxsus məxfi məlumatların, elektron yazışmaların və digər həssas məlumatların ələ keçirilməsindən ibarətdir.

Bununla əlaqədar, Milli CERT təşkilat və qurumlara istifadəçi hesablarının təhlükəsizliyini gücləndirmək məqsədilə aşağıdakı tədbirləri həyata keçirməyi tövsiyə edir:

- giriş loqlarının yoxlanılması, xüsusilə eyni gün ərzində həm xarici ölkələrdən, həm də Azərbaycan IP ünvanlarından qeydə alınmış girişlərin təhlil edilməsi;

- eyni mənbədən çoxsaylı hesaba qarşı uğursuz giriş cəhdlərinin araşdırılması;

- şübhəli uğurlu girişlərin müəyyən edilməsi;

- bütün istifadəçi hesabları üzrə çoxfaktorlu autentifikasiyanın ("MFA") aktivləşdirilməsi.

Müşahidə olunan fəaliyyətlə əlaqələndirilən hücum indikatorlar ("IOC") aşağıdakılardır:
- 146.70.247[.]20
- 179.43.158[.]195
- 130.94.80[.]141
- 94.20.154[.]138
- 35.178.160[.]238

Son xəbərlər