Mojo.az Banner
20:40 Zaqatalada avtomobili dirəyə çırpılıb, xəsarət alan var  |     20:35 Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələndi  |     20:22 Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alındı  |     20:14 Paltarını yumadığı üçün arvadını baltaladı - Qadın şikayətçi olmadı  |     20:09 Şəhid atası vəfat etdi  |     20:02 Velosiped qəzalarında 9 nəfər ölüb  |     19:56 Şənbə günü yağış yağacaq, şimşək çaxacaq  |     19:51 İran uranın zənginləşdirilməsindən imtina etməyəcək  |     19:43 Dərsə getməyən şagirdlərin valideynlərinin nəzərinə: Cərimə oluna bilərsiniz (VİDEO)  |     19:37 Xaçmazda mağaza yandı - VİDEO  |     19:30 ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını açıqladı  |     19:24 14 mərtəbəli iki binanın damında qəribə tikili - VİDEO  |     19:15 Hakerlər kiberhücumlarda süni intellektdən istifadə edirlər  |     19:10 Rus turist Qəbələdə yaralandı - SƏBƏB (FOTO)  |     19:03 Aya insanlar göndəriləcək - Bezosdan açıqlama  |     18:54 Dünyəvi təhsil və vahid məktəbli forması: Ortaq qaydalar nə üçün əhəmiyyətlidir?  |     18:43 Könül Qasımovanın həbs müddəti uzadıldı  |     18:21 Azərbaycanda həkim vəfat etdi - Foto  |     18:19 Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödəniləcək?  |     17:43 Ceyranbatanda yaşayış kompleksində yanğın başlayıb - Video  |    
Mojo.az Avto
Mojo.az Avto

Nazirlikdən düşmən təxribatı ilə bağlı daha bir XƏBƏRDARLIQ

20.10.2020 12:50 1 203
Nazirlikdən düşmən təxribatı ilə bağlı daha bir XƏBƏRDARLIQ
Ermənistan tərəfindən elektron poçt üzərindən uğursuz “fişinq” hücum cəhdləri davam edir. Bu dəfə istifadəçilərə göndərilən “fişinq” xarakterli e-poçtda guya son dövrdə artan kiberhücumlardan qorunmaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya Mərkəzi tərəfindən Xarici İşlər Nazirliyi əməkdaşları üçün xüsusi təlim proqramı hazırlandığı bildirilir.

Eyni zamanda, həmin təlimdə iştirak etmək üçün keçidə daxil olaraq korporativ e-poçt və şifrənin daxil edilməsi istənilir. İstifadəçi keçidə daxil olaraq, məlumatları təqdim etdikdə həmin məlumatlar kibercinayətkarların əlinə keçir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti hazırkı vaxtda hər kəsi maksimum diqqətli olmağa, şübhəli keçidlərə daxil olmamağa və hər hansı faylı yükləməməyə və məlumatların düzgünlüyünü rəsmi mənbələrdən yoxlamağa çağırır:

“Xahiş edirik ki, bu kimi hallarla üzləşdikdə, www.cert.az saytı və ya reports@cert.az elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə məlumat verin”.скачать dle 11.3
Mojo.az Banner