Mojo.az Banner
20:52 Bakıda 2 nəfər dənizdə batdı  |     20:47 “Bitcoin”in qiyməti yenidən 81 min dolları ötüb  |     20:39 COVİD-19 geri qayıdır - Çox sayda yoluxan var  |     20:31 Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək  |     20:26 Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?  |     20:16 Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama  |     20:11 44 yaşlı Röyadan yeni - FOTOLAR  |     20:04 Pakistan Yəmən müharibəsinə cəlb oluna bilər  |     19:58 Saçları belə yığmaq təhlükəlidir – MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ  |     19:50 “SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” -VİDEO  |     19:45 Təzyiqi yüksəldən qidalar: Həkimdən XƏBƏRDARLIQ  |     19:36 Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı  |     19:29 "Qarabağ"ın 5 legioneri millidən dəvət aldı  |     19:23 Azərbaycanda 90 məktəblə bağlı qərar verildi  |     19:09 Yuxu zamanı yataq otağındakı işıq ürəyə necə təsir edir?  |     19:03 Nəriman Axunzdadə Azərbaycan U-21 millisinə çağırıldı  |     18:56 Ay necə yaranıb? - Yeni kosmik missiya milyard illik sirrə işıq sala bilər  |     18:51 Diploma gedən yol qısalır: Bakalavr 3, magistratura 1 il olacaq?  |     18:43 Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru  |     18:37 Qanunsuz saxlanılan 16 tüfəng aşkarlandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Kibercinayətkarlar saxta COVID-19 xəritələri ilə şəxsi məlumatları ələ keçirir - DİQQƏT

14.03.2020 15:59 1 984
Kibercinayətkarlar saxta COVID-19 xəritələri ilə şəxsi məlumatları ələ keçirir - DİQQƏT
E-poçt şəklində Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən göndərildiyi və koronavirus qurbanlarının siyahısının verildiyi iddia edilən sənəddə əslində digər zərərli faylları gizli olaraq yükləmək üçün istifadə olunan troyan virusu yerləşdirilir.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizik Mərkəzinin yaydığı məlumatda qeyd olunub.

Məlumatda e-poçt üzərindən fişinq kampaniyasından sonra bədniyyətlilər insanların koronavirusla bağlı qorxularından sui-istifadə etmək məqsədilə hədəf olaraq COVID-19 xəritələrinin seçildiyi bildirilib.

Bir çox təşkilatlar, o cümlədən Con Hopkins Universiteti tərəfindən ölkələr üzrə COVID-19-la bağlı ən son statistik məlumatları insanlarla paylaşmaq məqsədilə koronavirus xəritələri/məlumat lövhələri yaradılıb.

Tədqiqatçılar bildirirlər ki, kibercinayətkarlar tərəfindən istifadəçi adları, şifrələr, kredit kart nömrələri və istifadəçilərin brauzerində saxlanılan digər fərdi məlumatlarının ələ keçirilməsi üçün bu xəritələrin saxta versiyaları yaradılıb.

Başqa bir e-poçtda tibbi maska və oxşar gigiyenik məhsullar göndəriləcəyi və ya saxta peyvəndlər haqqında məlumat veriləcəyi bildirilərək istifadəçilərdən keçidlərə daxil olmaq istənilir. İstifadəçilər həmin keçidlərə daxil olduqda, fişinq saytlara yönləndirilir. Bu məlumatlar isə kibercinayətkarların əlinə keçir. Dünyanı narahat edən koronavirus mövzusundan sui-istifadə edən kibercinayətkarların məqsədi fərdi məlumatları ələ keçirmək və əhali arasında təşviş yaratmaqdır.

Əsl koronavirus xəritələrinin əksinə, bu saxta saytlar istifadəçilərdən ən son yoluxma hallarından və statistik məlumatlardan xəbərdar olmaq üçün tətbiq yükləmələrini istəyir. İstifadəçinin kompüterini yoluxdurması üçün tətbiqin quraşdırılmasına belə ehtiyac yoxdur, təkcə yüklənilmə kifayət edir.

Bu saxta koronavirus xəritələri “AZORult” adlanan zərərli proqramın funksionallığından istifadə edir. Bu zərərli proqram 2016-cı ildə kəşf edilib və axtarış tarixçəsi, kukilər, şifrələr, kart və digər məlumatları ələ keçirmək və həmin informasiyaları məlumatları kibercinayətkarlar tərəfindən idarə olunan C2 serverinə köçürmək üçün istifadə edilir. Bu tətbiq həmçinin yoluxmuş cihazlara əlavə zərərli proqram yükləməyə imkan verir.

Əsl koronavirus xəritələrinin məlumat bazasından istifadə etməsinə baxmayaraq, əslində bu cür saxta saytları müəyyən etmək asandır. Bu saxta saytlar çox vaxt qanuni koronovirus xəritələrindən fərqli URL-dan istifadə edir və istifadəçilərdən xüsusi tətbiq yükləməyi tələb edir.

Elektron Təhlükəsizlik Mərkəzi bu növ kiberhücumun qurbanına çevrilməmək üçün istifadəçilərə tövsiyə edir ki, koronavirusla bağlı məlumat almaq üçün yalnız təsdiq edilən xəritələrə müraciət etsinlər.

скачать dle 11.3
Mojo.az Banner