Mojo.az Banner
16:36 Dəhşətli qəzadan əvvəl dəfələrlə video paylaşıbmışlar  |     16:30 Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanıldı  |     16:17 Bakıda skuter və motosikletin iştirakı ilə baş verən qəzalar - VİDEO  |     16:11 DYP dəmir yolu keçidləri ilə bağlı xəbərdarlıq etdi  |     16:06 Bakıda hərəkətin təşkili sürcülərdə çaşqınlıq yaratdı - VİDEO  |     15:01 Türkiyənin bu əyalətində naməlum infeksiya yayılır  |     14:54 Toydan sonra qonşusunu bıçaqladı  |     14:50 Şuşa Musiqili Teatrında "Su pərisi" olacaq  |     14:43 Bakıda 26, rayonlarda 29 dərəcə isti olacaq  |     14:37 "Sabah"ın oyununa görə metro gücləndirilmiş rejimidə çalışacaq  |     14:30 Cavan Zeynalının başına iş gəlib - Ayaq barmaqları əzilib  |     14:24 Çempionlar Liqası: "Qalatasaray" "Barselona"ya qarşı  |     14:15 Yaş artdıqca insanlar daha tez oyanırlar: Alimlər maraqlı səbəb açıqladı  |     14:10 Bu tarixlərdə meteor yağacaq  |     14:03 Telefonu diş çöpü ilə təmizləmək təhlükəlidir (SƏBƏB)  |     13:58 Televizor sönülü olsa da qırmızı işıq yanıb-sönür: bu, hansı nasazlığın əlamətidir?  |     13:50 Sudan ödənişli istifadə Qaydaları yeni redaksiyada təsdiqlənib  |     13:46 Saakaşvili Azərbaycanda məktəblərdəki münaqişədən danışdı, İranı ittiham etdi  |     13:41 Laos prezidenti: "Ümid edirəm ki, gələcəkdə Azərbaycan investorları ölkəmizə daha çox sərmayə yatıracaqlar"  |     13:33 Bakıda məktəblilərə xəsarət yetirildi: Saxlanılanlar var - Video  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda içməli su yola axır: "Taxta parçaları veriblər ki, boru partlayanda içinə salın" - Video

27.10.2025 12:19 999
Bakıda içməli su yola axır:
Bakı şəhərinin Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ bağları birinci yol adlanan ərazisində içməli su xəttində ciddi nasazlıq yaranıb.

Median.Az
Xəzər TV-yə istinadən xəbər verir ki, boruların zədələnməsi nəticəsində su küçəyə və evlərin zirzəmilərinə axır. Sakinlərin sözlərinə görə, problem uzun müddətdir həllini tapmır.

Onlar bildiriblər ki, dəfələrlə aidiyyəti qurumlara müraciət ediblər, lakin yalnız müvəqqəti tədbirlər görülüb:

"Gəlirlər, borunun deşilmiş hissəsinə paz vururlar, sonra çıxıb gedirlər. Hətta bizə taxta parçaları veriblər ki, boru partlayanda içinə salaq. Bir neçə gündən sonra su yenidən axmağa başlayır. Evimizin altı tamamilə su içindədir, zirzəmi dolub, rütubət evə qalxır".

Sakinlər həmçinin qeyd ediblər ki, məsələ barədə Suraxanı Rayon Su Təchizatı İdarəsinə müraciət etsələr də, nəticə əldə etməyiblər:

"Bizə deyirlər ki, həmin borular "Azərsu"nun balansında deyil. Amma bizdən su pulu yığılır. Əgər balansda deyilsə, bəs niyə ödəniş tələb olunur?"

Sakinlərin sözlərinə görə, su itkisi həm israfçılığa, həm də yaşayış üçün təhlükəli şəraitin yaranmasına səbəb olub. Onlar məsul qurumlardan təcili tədbir görülməsini tələb edirlər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:скачать dle 11.3
Mojo.az Banner