Mojo.az Banner
22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |     18:14 Dostu dava saldı, onları barışdırmağa gəldi, özü bıçaqlandı  |     18:11 Kiyevə raket hücumu zamanı Azərbaycan restoranı dağıldı: Xəsarət alanlar var - Foto  |     16:14 Pensiya kapitallarında dəyişikliklə bağlı - Rəsmi açıqlama  |     16:00 Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib  |     15:59 Ermənistanda hərbçi güllələnərək öldürülüb  |     15:53 Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəldi  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda adı olmayan yaşayış məntəqəsi: 300 nəfər rəsmi statusdan kənarda yaşayır - Video

27.10.2025 12:10 918
Azərbaycanda adı olmayan yaşayış məntəqəsi: 300 nəfər rəsmi statusdan kənarda yaşayır - Video
Tovuzda təxminən 300 nəfərin yaşadığı ərazinin adı yoxdur.

Median.Az
Xəzər TV-yə istinadən xəbər verir ki, bu ərazi Qəribli kənd inzibati ərazi dairəsinə tabedir. Sakinlərin sözlərinə görə, burada hələ Sovet dövründən bəri yaşayış mövcuddur. Müstəqillik illərində isə bir qrup ailə dağlıq ərazidən arana köçərək burada məskunlaşıb.

Yaşayış məntəqəsində təbii qaz, elektrik enerjisi, internet və rabitə xətləri mövcuddur. Lakin rəsmi statusunun və adının olmaması, sakinlərin gündəlik həyatını xeyli çətinləşdirir.

Sakinlər bildirirlər ki, əvvəllər burada uşaq bağçası, tibb məntəqəsi fəaliyyət göstərib, lakin indi heç biri yoxdur:

"Kəndimizin nə adı var, nə də statusu. Dəfələrlə müraciət etmişik ki, bu kəndə rəsmi ad verilsin, amma heç bir nəticə yoxdur".

Yaşayış məntəqəsi Qəribli kəndindən təxminən 7 kilometr məsafədədir. Buna görə də sakinlər adi sənəd üçün belə uzaq məsafə qət etməli olurlar. Məktəb olmadığı üçün uşaqlar yaxınlıqdakı 140 saylı kənd məktəbində oxumağa məcburdurlar.

Məsələ ilə bağlı Tovuz Rayon İcra Hakimiyyətindən bildirilib ki, Azərbaycan Respublikasının ərazi quruluşu prinsiplərinə əsasən, kiçik ərazi vahidlərinin daha böyük inzibati vahidlərin tərkibində qalması məqsədəuyğundur. Buna görə də Qəribli kəndinin tərkibində olan həmin yaşayış məntəqəsinin ayrıca kənd kimi tanınması və adlandırılması planlaşdırılmır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:скачать dle 11.3
Mojo.az Banner