Mojo.az Banner
23:00 Korrupsiya barədə məlumat verən şəxslər hansı hüquqlara sahib olacaq? - AÇIQLAMA  |     22:52 Arbeloa cərimələndi  |     22:45 Bu mənzillərin kirayə qiymətləri artacaq - EKSPERTDƏN PROQNOZ  |     22:39 İstanbulda məktəblər bağlandı, motosikletlərə qadağa qoyuldu  |     22:32 Bakıya gələcək erməni əsilli nazir kimdir? - Dosye  |     22:27 Ən qənaətcil 3 bürc - Hər qəpiyin qədrini bilirlər  |     22:18 Reper Navai narkotik aldığını etiraf edib (Yenilənib)  |     22:13 Bakıda minik avtomobili atla toqquşdu - Video  |     22:00 Qətər əmiri Azərbaycana səfərə gəlib - Foto  |     21:53 Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi  |     21:48 Mingəçevirdə ASAN Xidmətə işə düzəltmək adı ilə 2 min manat alıb  |     21:40 İşə düzəltmək və sürücülük vəsiqəsi almaq vədi ilə 3 200 manatlıq dələduzluq  |     21:35 Antakyada əməliyyat: Azərbaycanlı qadın deportasiya edildi  |     21:28 Formula-1 33 ildən sonra Afrikaya qayıdacaq: Yarış nə vaxt və harada keçiriləcək?  |     21:23 Ordumuzun ilk qadın snayperi vəfat etdi  |     21:15 “Təxribatlara uymayaq, əzizlərim!” - Röya  |     21:10 Daha bir dövlət müəssisəsi ləğv edildi  |     21:04 “Barselona” tarixi rekordu təkrarladı  |     21:04 Konteyner gəmisi minaya düşərək batdı  |     20:58 Uyğunsuzluq aşkarlanan bioloji aktiv qida məhsulu məhv edildi  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəldi

10.10.2026 15:53 222
Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəldi
Monteneqronun Budva şəhərində keçirilən boks üzrə U-17 Avropa çempionatında Azərbaycan millisinin 5 üzvü finala vəsiqə qazanıb.

Median.Az Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, yarımfinal mərhələsinin döyüşləri nəticəsində təmsilçilərimiz həlledici qarşılaşmalarda iştirak hüququ əldə ediblər.

Cəmilə Muradlı (57 kq) Morena Stifani (İtaliya) ilə üz-üzə gəlib və 4:1 (30:27, 28:29, 30:27, 29:28, 30:27) hesabı ilə qələbə qazanıb. O, çempionluq döyüşündə Aliya İbrahimlə (Almaniya) qarşılaşacaq.

Səma Abbasova (66 kq) Justina Anufriyevanı (Rusiya) 4:1 (30:27, 28:29, 30:27, 29:28, 30:27) hesabı ilə məğlub edib. Milli üzvü həlledici görüşdə Ada Eybeylə (Türkiyə) qüvvəsini sınayacaq.

Həsrət Məmmədov (46 kq) Ronan Çarlzdan (İrlandiya) üstün olub – 3:2 (28:29, 30:27, 30:27, 30:27, 28:29). Boksçumuz finalda Kristi Kaşunu (Rumıniya) sınağa çəkəcək.

İsmayıl Nəsirzadə (52 kq) Martin Nevinlə (İrlandiya) döyüşü aktivinə yazaraq 5:0 (29:28, 30:27, 29:28, 29:28, 29:28) hesabı ilə qalib gəlib. Təmsilçimizin həlledici qarşılaşmada rəqibi Şaylo Makleod (İngiltərə) olacaq.

Məhəmmədəli İstamov (57 kq) isə Nikita Zaxarçenkoya (Ukrayna) qalib gəlib – 5:0 (30:26, 30:26, 30:26, 30:26, 30:26). O, qızıl medal uğrunda görüşdə Con Elamla (İngiltərə) üz-üzə gələcək.

Daha 3 boksçumuz – Qardaş Rəhimov (54 kq), Hidayət Məmmədov (70 kq) və Xumar Cəfərli (+80 kq) isə çempionatı bürünc medalla başa vurublar.

Qeyd edək ki, final döyüşləri oktyabrın 11-də keçiriləcək.скачать dle 11.3
Mojo.az Banner