Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
11:55 Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"  |     11:53 Bakıda böyük söküntü başlayır: Sakinlərə nə qədər kompensasiya veriləcək? - Video  |     11:34 İlham Əliyev: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"  |     11:29 Prezident: "Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini verib"  |     11:26 Deputat: “İran nazirinin bəyanatı Azərbaycanın daxili işlərinə müdaxilədir”  |     11:17 Bəzi şəxslərin iş və istirahət saatları ilə bağlı YENİ QƏRAR  |     23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Tramp Rusiyanın "Burevestnik" raketlərinin sınaqlarına münasibət bildirib

27.10.2025 14:22 858
Tramp Rusiyanın
Rusiya bilir ki, ABŞ düz onun sahillərinə atom sualtı qayığı göndərib. ABŞ Prezidenti Donald Tramp Rusiya Silahlı Qüvvələrinin "Burevestnik" (fırtınaquşu) raketinin sınaqdan keçirilməsinə bu şəkildə münasibət bildirib.

Median.Az
Ağ Evin "YouTube" kanalına istinadla xəbər verir ki, bunu Tramp jurnalistlərlə söhbətində bəyan edib.

"Onlar bilirlər ki, bizdə dünyanın ən yaxşı atom sualtı qayığı var və bu atom qayığı birbaşa onların sahilləri yaxınlığındadır. Odur ki, bizim 8 min mil uçmağımıza heç ehtiyac yoxdur", - deyə o vurğulayıb.

Tramp avqustun 1-də bildirib ki, Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedevin nüvə mövzusunda təxribatçı bəyanatlarına cavab olaraq iki atom sualtı qayığını müvafiq rayonlara yönləndirmək əmri verib. ABŞ Prezidenti, həmçinin diqqətə çatdırıb ki, Medvedev sözlərinə diqqət etsə, daha yaxşı olar. Belə ki, bu rusiyalı siyasətçi hələ də özünü Rusiyanın prezidenti hesab edir.

Xatırladaq ki, Medvedev öz postlarında qeyd edib ki, ABŞ prezidenti Rusiya ilə "ultimatum oyunu" oynayır, amma o anlamalıdır ki, Rusiya tərəfi nə İsraildir, nə də İran. Üstəlik, hər bir yeni ultimatum Moskva tərəfindən təhdid və Birləşmiş Ştatlarla "müharibəyə doğru addım" kimi qəbul edilir. O, Trampa məsləhət görüb ki, ABŞ-nin sabiq prezidenti Co Baydenin yerişini yeriməsin.

Son xəbərlər