Mojo.az Banner
23:01 3 yaşlı uşaq maşında yanaraq öldü - Siyəzəndə faciə  |     22:55 Xəstəyə baxmaqdan imtina edən həkimi hansı cəza gözləyir? - Vəkil  |     22:47 Bu planetdə 1 il 11 saatdır  |     22:41 Bəzi stansiyasiyalarda qatarlara “Minik yoxdur” qeydlərinin yazılmasına aydınlıq gətirildi  |     22:34 Alyona Əliyeva 5 nömrəli xüsusi internat məktəbindən paylaşım edib (Video)  |     22:27 Ukraynaya yardımın ümumi məbləğini açıqladı  |     22:23 Leyla Əliyeva Prezident İlham Əliyevin doğum günündən paylaşım edib (Video)  |     22:08 Qroznıda AZAL təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsinə memorial lövhə ucaldılıb  |     22:05 Sabahdan bu ünvanlarda ucuz bazar açılır  |     21:49 Sumqayıt Texniki Kollecinin 21 illik direktoru işdən çıxarıldı  |     21:39 Leyla Əliyeva 5 nömrəli xüsusi internat məktəbindən paylaşım edib (Video)  |     21:17 Azərbaycanda bu şəxslərə uşağa görə hər ay 240 manat verilir - RƏSMİ  |     21:09 Türkiyədə 8 il axtarışda olan FETÖ-çü qadın yaxalanıb  |     21:05 Azərbaycanda növbəti torpaq hərracları keçiriləcək  |     21:00 Azərbaycanın Tunisə ixrac etdiyi neftin həcmi məlum oldu  |     20:54 Səssiz xəstəlik: Səhər baş ağrısı ilə oyananlar diqqət etsin  |     20:51 Daha bir kənd içməli su ilə təmin olundu  |     20:25 Putin Solovyovu təltif etdi  |     20:17 BMW avtomobillərinin ən etibarlı modellərinin reytinqi açıqlanıb  |     20:10 Leyla Əliyeva Mərkəzi Nəbatat bağında uşaqlar üçün təşkil olunan tədbirdə iştirak edib - FOTO  |    
Left Banner
Right Banner

Azərbaycanda 90 milyon manatlıq CİNAYƏT - Mütəşəkkil dəstənin 30 üzvü ƏLƏ KEÇDİ

27.10.2025 12:56 777
Azərbaycanda 90 milyon manatlıq CİNAYƏT - Mütəşəkkil dəstənin 30 üzvü ƏLƏ KEÇDİ
Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdıran və əlavə dəyər vergisini talayan mütəşəkkil dəstə ifşa edilib.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsində aparılan istintaqla ölkə ərazisində həssas əhali qrupuna aid, eləcə də məhdud hüquqi bilikləri olan şəxslərin müxtəlif vasitələrlə aldadılaraq onların adlarına sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq niyyəti olmadan hüquqi və fiziki şəxslərin təsis etdirilməsi, həmin qurumlar vasitəsilə əmtəəsiz maliyyə əməliyyatlarının aparılması və digər qanunazidd hərəkətlərin törədilməsi faktları üzrə cinayət işi başlanıb.

Aparılmış istintaq tədbirləri ilə çoxsaylı şəxslərdən ibarət olan, daxilində "vəzifə bölgüsü" aparılmış və vahid mərkəzdən idarə olunan mütəşəkkil dəstə tərəfindən qeyd olunan kateqoriyadan olan 300-dən çox şəxsin aldadılaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq niyyəti olmadan onların adına ən azı 777 hüquqi şəxs və ən azı 103 fiziki şəxs qeydiyyatdan keçirilməklə, vəzifə saxtakarlığı etməklə çoxhəcmli əmtəəsiz maliyyə əməliyyatları aparılıb yalançı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla, dövlətin maliyyə nəzarəti mexanizmlərini zəiflətməklə, yalançı şirkətlər vasitəsilə qeyri-qanuni gəlirləri leqallaşdırmaqla, statistik göstəriciləri saxtalaşdırmaqla ölkə iqtisadiyyatına ümumilikdə 81.5 milyon manatdan çox zərər vurulmasına, eləcə də əldə etdikləri həmin pul vəsaitlərini onların əldə edilməsinin həqiqi mənbəyinin, kimə məxsus olmasının ört-basdır edilməsi və gizlədilməsi məqsədilə konversiya etməklə, köçürtməklə, maliyyə əməliyyatları aparmaqla və digər əqdlər həyata keçirtməklə leqallaşdırılmasına, habelə dövlət büdcəsinə məxsus 8 milyon manatdan çox əlavə dəyər vergisi məbləğlərinin dələduzluqla talanmasına əsaslı şübhələr müəyyən edilib.

Həmin cinayətləri törətmiş mütəşəkkil dəstənin rəhbər üzvləri də daxil olmaqla, ümumilikdə 30 şəxs Cinayət Məcəlləsinin 178.4 (dələduzluq, xüsusilə külli miqdarda törədildikdə), 193.3.1 (xüsusilə külli miqdarda ziyan vurmaqla yalançı sahibkarlıq) , 193-1.3.1, 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma mütəşəkkil dəstə tərəfindən xeyli miqdarda törədildikdə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara həmin maddələrlə ittiham elan edilib, həmin təqsirləndirilən şəxslərdən 10-nun barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri, digərləri barəsində isə həbslə bağlı olmayan digər qətimkan tədbirləri seçilib.

Bundan başqa, istintaqdan qaçıb gizlənən təqsirləndirilən şəxslərdən bəzilərinin barəsində axtarışlar elan edilib.

Hazırda ibtidai istintaq davam etdirilir.

Vətəndaşlara bir daha bu kimi qanunsuz fəaliyyətlərdə iştirak etməmək, hər hansı maddi təklif və ya vəd qarşılığında adlarına hüquqi və ya fiziki şəxslərin təsis edilməsinə, etibarnamə verilməsinə razılıq verməmək tövsiyə olunur.

Öz adlarına qeydiyyatdan keçirilən şirkətlərin və ya fərdi sahibkarlıq subyektlərinin fəaliyyəti üzrə vergi öhdəliklərinin, borcların və hüquqi məsuliyyətin məhz onların üzərində qalacağı unudulmamalıdır.

Bu cür hallara yol verilməsi nəticəsində vətəndaşların ölkədən çıxışına məhdudiyyət qoyulması, vergi və məhkəmə məsuliyyətinə cəlb olunması, eləcə də cinayət işlərində iştirakçı və ya təqsirləndirilən şəxs qismində tanınması mümkündür.

Hər bir vətəndaşdan öz şəxsiyyət məlumatlarını, "ASAN imza" mobil nömrələrini və möhürlərini digər şəxslərə təqdim etməmələri və bu barədə şübhəli hallarla rastlaşdıqda hüquq-mühafizə orqanlarına məlumat vermələri xahiş olunur.скачать dle 11.3