Mojo.az Banner
14:50 Beyləqanda məktəbdə şagirdlər zəhərləniblər  |     14:47 Həkimdən valideynlərə TƏCİLİ XƏBƏRDARLIQ: Bu iynəni uşağınıza vurduranda diqqətli olun!  |     14:40 Azərbaycanlı makler qadınla əlbir olan pakistanlı qardaşların milyon dollarlıq mülk fırıldağı - FOTO  |     14:32 Piyadanı vuran sürücü həbs oluna bilər? – Vəkildən AÇIQLAMA  |     14:28 Ucuz torpaq alıb ev tikənləri hansı təhlükələr gözləyir?  |     13:36 "Yandex"in data mərkəzi vuruldu  |     12:39 Cəbrayılda minaya düşən şəhid atasının vəziyyəti açıqlandı  |     12:39 Bu işlərdə çalışanların ödündə daş yaranır  |     12:37 Ölkədə inflyasiya ilə bağlı son rəqəmlər açıqlandı  |     12:36 Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb  |     12:35 Doğulan və ölənlərin sayı açıqlandı  |     12:34 Əhalinin gəlirləri artıb - Foto  |     12:32 Tanınmış şirkətdə milyonyarımlıq yeyinti: Həbs edilən var  |     12:30 Azərbaycanda ortaaylıq əməkhaqqı artıb - Foto  |     12:29 Paşinyan: "Ermənistan və Azərbaycan arasında sülh reallaşmış bir faktdır"  |     12:26 Xaçmazda mağazada yanğın - Hadisə yerindən görüntülər (Video)  |     12:26 Ağır cinayətlərin sifarişçisi olan "Dəyirman Vahid"ə hökm oxundu  |     12:21 Hörmüz boğazında neft tankerləri minaya düşdü  |     12:06 Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video  |     11:49 Borca görə həbs oluna bilərsiniz – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Gümrü merinə qarşı yeni ittiham irəli sürülüb

27.10.2025 11:56 831
Gümrü merinə qarşı yeni ittiham irəli sürülüb
Gümrü meri Vardan Qukasyana qarşı yeni ittiham irəli sürülüb.

Median.Az
Ermənistan KİV-ə istinadla xəbər verir ki, bu barədə onun vəkilləri məlumat veriblər.

Onlar bildiriblər ki, ittiham Qukasyanın sentyabrın 16-da və 23-də Antikorrupsiya Məhkəməsinin həyətində səsləndirdiyi bəyanatlarla bağlıdır. Onun Ermənistanın başqa dövlətlərlə ittifaq yaratmasının mümkünlüyü haqqında sözləri istintaq tərəfindən Ermənistan Cinayət Məcəlləsinin 422-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq "ölkənin suverenliyindən imtinaya açıq çağırışlar" kimi dəyərləndirilib.

Vəkillərin fikrincə, ittiham məsələyə siyasi rəng verməyə çalışır.

Onların bəyanatında deyilir:

"Özündə zorakılıq əlamətləri daşımayan və şəxsi fikir formasında səsləndirilən bəyanatlar beynəlxalq normalara, o cümlədən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin prinsiplərinə müvafiq olaraq cinayət kimi qiymətləndirilə bilməz".

Xatırladaq ki, oktyabrın 20-də güc strukturları Gümrü meriyasında axtarışlar keçiriblər. Daha sonra məlum olub ki, Qukasyan və daha yeddi nəfər rüşvət almaqda şübhəli bilindikləri üçün saxlanılıblar. Əməliyyat zamanı merin tərəfdarları binanı əhatəyə alıblar. Hadisə yerinə polis, o cümlədən onun "qırmızı beretlər" deyilən xüsusi bölməsinin qüvvələri cəlb olunub.

Oktyabrın 21-də məhkəmə onu iki ay müddətinə həbs edib.скачать dle 11.3
Mojo.az Banner